Proqnozlar doğrulur
22:30 17.05.2021
İqtisadiyyat
605
Azərbaycanın iqtisadi göstəricilərində müəyyən pozitiv dinamika var
"İlin sonunda ümumdaxili məhsulda cüzi artımın olacağı, təqribən 2 faiz civarında artacağı proqnozlaşdırılır. Məhz Dünya Bankının açıqlaması da buna fişarədir"
May ayının əvvəlindən başlayaraq Azərbaycanda COVID-19 pandemiyasının səngiməsi məhdudiyyətlərin yumşaldılmasına izn verəcək və bu da öz növbəsində iqtisadi bərpanı dəstəkləyəcək.Bu barədə Dünya Bankının iqtisadçıları bildirir. Bankın hesablamalarına görə, Azərbaycanda ÜDM istehsalı ardıcıl 12 aylıq azalmadan sonra martda ilk dəfə olaraq illik müqayisədə artıb. Bundan əlavə, inflyasiyanın stabil qaldığını qeyd edən bankın mütəxəssisləri, ölkənin bank sektorunun bərpasının staqnasiyada qaldığını bildirirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda ÜDM-nin azalma tempi azalsa da, hələ də artıma keçməyib və 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 078,6 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ÜDM istehsal olunub. Xatırladaq ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3 faiz azalaraq 72 432,2 mln. manat təşkil edib.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, tək Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada post-pandemiya dövründə iqtisadi aktivliyin artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu da təbii olaraq ümumdaxili məhsulun artımı ilə müşahidə olunacaq:
"Tək Azərbaycanda yox, bütün dünyada post-pandemiya dövründə, yəni pandemiyanın təsirlərinin azalması fonunda iqtisadi aktivliyin artacağı proqnozlaşdırılır. Bu da təbii olaraq ümumdaxili məhsulun artımı ilə müşahidə olunacaq. Son aylarda Azərbaycanda sərt karantin tədbirləri bir xeyli yumşalıb.
Təbii ki, xidmət sahələrinin açılması, qeyri-ərzaq mağazalarının fəaliyyətə başlaması, restoranların, kafelərin işləməsi ümumdaxili məhsulun artımında, iqtisadi fürsətlərin genişlənməsində mühüm rol oynayır.
Paralel olaraq da neftin qiymətinin 65 dollardan yuxarı olması son aylarda Azərbaycanda ümumdaxili məhsulun artımında pozitiv rol oynayan əsas amillərdən birinə çevrilib. Amma təbii ki, hələlik artım yoxdur".
İqtisadçı-ekspert qeyd edib ki, mart və aprel ayının iqtisadi göstəricilərində müəyyən pozitiv dinamika var: "Hələ ki, ümumdaxili məhsulun artımı müşahidə olunmur.
Amma yaxın aylarda ümumdaxili məhsulda daha çox artım dinamikasının olması gözlənilir. Bu da ilin sonunda ümumdaxili məhsulda cüzi artımın olacağı, təqribən 2 faiz civarında artacağı proqnozlaşdırılır. Məhz Dünya Bankının açıqlaması da buna işarədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə