Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq - FOTO
Yusif Nəzərli
13:28 12.10.2022
İqtisadiyyat
437
“Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir”.
Bu barədə Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev bildirib.
Onun sözlərinə görə son 15 ildə Ankara Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub.
“Ölkəmiz isə Türkiyəyə 1,13 milyard dollar sərmayə qoyub. Türkiyə Qazaxıstanın ən böyük 10 investoru sırasındadır”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, tranzit və nəqliyyat əlaqələri ikitərəfli ticarət potensialının yaradılmasında mühüm rol oynayır.
“Biz nəqliyyat xərclərini və çatdırılma müddətlərini azaltmaq üçün Transxəzər Dəhlizinin inkişafına çağırırıq. Bugünkü iclasda biz bu məsələni müzakirə etdik və ümumi fikrə gəldik. Bu ilin iyununda Bakıda üçtərəfli formatda görüş keçirilib. Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Növbəti görüşün Aktauda keçirilməsini təklif edirik”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində hər şeyin plan üzrə getdiyini vurğulayıb.
“Nəqliyyat və logistika sektorunda əməkdaşlığımız bizə imkan verir ki, qarşıya qoyduğumuz orta müddətli hədəflərə tez nail olaq. Xəzərin əhəmiyyəti getdikcə artır. Bakıda keçirilən üçtərəfli görüş uğurla keçdi. Ümid edirik ki, Aktauda keçiriləcək görüş bu işi irəli aparmağa imkan verəcək. Biz qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün dünya birliyi qarşısında öhdəliklərimizi layiqincə yerinə yetiririk. Hesab edirəm ki, bu baxımdan buğda ilə zəngin Qazaxıstanın potensialından istifadə etmək olar”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm