Sabirabadda un qıtlığı, yoxsa bahalaşmaya zəmin...?! - Narazılıq
Sabirabadda un qıtlığı, yoxsa bahalaşmaya zəmin...?! - Narazılıq
Yusif Nəzərli
13:10 17.08.2022
İqtisadiyyat
625
«Güman edirik ki, un var, amma gizlədilir»
«“Un oyunu”na son qoyulmasına köməklik göstərin »
Sabirabad rayonun Nəsimi kənd sakinləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət ediblər. Onlar bu rayonda olan problemlərin həlli üçün E.Hüseynovdan yardım istəyiblər. Sakinlər rayonda un qıtlığı yaşandığını, əhalinin çörək tapmadığını vurğulayıblar:
“Hörmətli Eyyub müəllim, sizi mətbuatdan haqqı, ədaləti müdafiə edən, insanlara təmənnasız kömək edən bir şəxs kimi tanıyırıq. İllərin təcrübəsindən belə qənaətə gəlmək olar ki, zəhmətkeş, hamıdan çox işləyib, az qazanan, əkib-becərdiyi məhsulları dəyər-dəyməzə satmağa məcbur olan şəxslər kənd sakinləridir. Onsuz da kəndimizdə qaz, su,yol yoxdur. Bu “yoxlar”ın siyahısına insanın yaşaması və qidalanması üçün vacib olan un da əlavə olnub. Sizə bildiririk ki, Sabirabad rayonu ərazisində o cümlədən Şirvan şəhərində böyük un qıtlığı var. Çörək tapılmır. Hətta kəndlərdən rayon mərkəzinə gedirik, amma un tapa bilmirik.Yaxud da kimlərinsə marağına görə gizlədilir. Hökumət orqanları o cümlədən Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edib ki, qıtlıq olmayacaq. Hətta sizin də dilinizdən eşitmişik ki, Azərbaycanda defisit gözlənilmir. Lakin 1 həftədən çoxdur ki, Sabirabad rayon ərazisində və ona qonşu olan Şirvan şəhərində un tapılmır və çörəklərin satışında gecikmələr olur. Bu un qıtlığından rayon İcra Hakimiyətinin də məlumatı var. Lakin heç bir tədbir görmək istəmirlər. İndi bu kasıb kənd camaatı nə etməlidir? Su yoxdur ki, torpaqlarımızda taxıl əkib-becərək. Pul yoxdur ki, gedib xarici ölkədən un alıb gətirək. Bu barədə İqtisadiyyat Nazirliynin 599-76-00 telefon nömrəsinə məlumat verdik. Aldığımız cavab bu oldu ki, bizlik deyil, gedin başqa dövlət orqanlarına müraciət edin. İndi biz hara müraciət edək, dərdimizi kimə deyək?!”.
Sakinlər E.Hüseynovdan istehlakçıların haqlı maraqlarının ali dövlət orqanlarına çatdırılmasını xahiş ediblər:
“Sabirabad rayonu unla təmin olunsun. Bu problemin həllinə nə rayon İcra hakimiyyəti, nə bələdiyyə sədri yaxın gəlir. Biz güman edirik ki, un var, amma gizlədilir. Sizdən xahiş edirik bu “un oyunu”na son qoyulmasına köməklik göstərəsiniz”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil