“TANAP Azərbaycana müsbət dividendlər qazandıracaq”
Yusif Nəzərli
11:09 03.12.2019
İqtisadiyyat
633
2019-cu ilin 30 noyabrında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunları qeyd edib:
“Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”
TANAP-ın Azərbaycan üçün müsbət dividendlər qazandıracağını söyləyən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a bildirib ki, Azərbaycan müstəqillik dövründə 3 iri regional meqa layihənin müəllifi oldu və bu layihələri reallaşdıra bildi:
“Bu layihələrə Bakı –Tbilisi- Ceyhan, Bakı- Tbilisi-Qars və Bakı-Tblisi-Ərzurum daxildir. Bu layihələrin ilkin mərhələsində Azərbaycanı sevməyənlər buna mane olmağa çalışırdılar. Amma mükəmməl xarici siyasətimiz nəticəsində bu layihələr reallaşdı. Bundan sonra artıq TANAP layihəsi irəli sürələndə də yenidən bu məsələyə ironik yanaşanlar oldu. Baxın, şimal qonşumuz Rusiya, cənub qonşumuz İranın dünyada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə münasibətləri sağlam deyil. Hər iki ölkəyə sanksiya tətbiq olunub. Belə bir şəraitdə, vəziyyətdə TANAP-ın həyata keçirilməsi Azərbaycanın uğurlu xarici siyasətinin mahiyyətini ortaya qoydu. Onu da deyim ki, təkcə xarici siyasətlə iş bitmir. Azərbaycanın iqtisadi potensialı da buna imkan verdi. Yəni, ölkəmizin dayanalığı və cəzabadarlığı üzə çıxdı. TANAP Azərbaycanın həyata keçirdiyi 4-cü meqalayihədir”.
İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərir:
“2015-ci ildən etibarən təbiii sektorun neft sektoruna bərabər inkişafı nəzərdə tutulub. Yuxarıda qeyd etdiyim 4 meqa layihə tranzit əməliyyatlarından büdcəyə daxilolmalara şərait yaradır. Qısa zaman çərçivəsində bu layihələr büdcəyə xeyli gəlir gətirəcək”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm