Təklif: “Azərbaycana qarşı edilən cinayətlərə görə cəza mexanizmləri yaradılsın”
Yusif Nəzərli
06:58 10.10.2022
İqtisadiyyat
552
“Ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin külliyyatını videoçarxlara, kitablara sığdırmaq mümkün deyil!”
Oxu.Az-ın məlumatına əsasən, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib.
Zahid Oruc qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi Nürnberq prosesini xatırlatdı. “Azərbaycan Ordusu 44 günlük müharibə ilə BMT-nin imicini xilas etdi”, - deyə o əlavə edib.
Zahid Oruc deyib ki, son zamanlar Azərbaycan əsgərlərinin guya erməni hərbçilərə qarşı cinayət törətməsi videolarının yayılması Azərbaycanın qələbəsinə kölgə salmaq məqsədi daşıyırdı. Sosial Tədqiqatlar Mərkəzinin sədri söyləyib ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı cinayətlərə, Edillidə, Fərruxda tapılan kütləvi məzarlıqlarla bağlı beynəlxalq hüquqi qiymət verilməyib.
“Hələ də Xocalı qatilləri olan Sarqsyan, Koçaryan mühakimə edilməyib. Hələ də Fərruxda, Edillidə tapılan kütləvi məzarlıqlara dair beynəlxalq hüquqi qiymətini tapmayıb. Təklif edirik ki, Azərbaycana qarşı edilən cinayətlərə görə cəza mexanizmləri yaradılsın. Həmçinin biz, Azərbaycanın yanında olan, mövqeyimizi dəstəkləyən beynəlxalq fiqurlara dəstək olmalıyıq”,-deyə Zahid Oruc bildirib.
Zahid Orucun fikrincə, hazırda Azərbaycana, onun ordusuna qarşı kampaniya aparılır. O bildirib ki, Ermənistanın cinayətkar generalları cəzalandırılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm