“Vergi güzəştləri çoxlu sayda vətəndaşlarımızı əhatə edəcək”
Fidan Həmişəyeva
06:03 06.07.2020
İqtisadiyyat
1342
“Bu, həm pandemiyanın davam edən dövrlərində, həm də 2021-ci il yanvarın 1-nə qədər müddəti əhatə edəcək”
Dünyada koronavirus infeksiyası yayılmağa başladığı ilk dövrdən Azərbaycan çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başlayıb. Dövlətin koronavirusla mübarizə sahəsində strategiyası bir neçə istiqaməti əhatə edir. Ölkə iqtisadiyyatının dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlərdən biridir.
Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə zəruri tədbirlər görüldü. Bu məqsədlərə milyardlarla vəsait ayrıldı. Sosial-iqtisadiyyat sahəsində qısa müddətdə 4 işçi qrupu yaradıldı və onların təklifləri əsasında Nazirlər Kabinetitərəfindən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Tədbirlər Planının əsas mahiyyəti makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyata dəstək vermək və əhalinin sosial müdafiəsini təmin etmək olub.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan pandemiyanın iqtisadiyyata təsirinin azalmasına çevik reaksiya verən ölkələrdən biridir. Parlament üzvü bildirib ki, cənab Prezidentin tapşırığı ilə pandemiyanın təsirlərinin azalması üçün 3 paket hazırlandı. Həmin paketlər iqtisadi və sosial sektor, həm də maliyyə bank sektorunda pandemiyanın təsirlərinin azalması məqsədi daşıyır:
“Bu paketlərdən 4.8 milyon vətəndaşımız faydalana bilib. İqtisadi paket həm də pandemiya dövründə koronavirusun təsirlərinin azalmasına xidmət edir. Paketin strateji özəlliyi ondan ibarətdir ki, post-pandemiya dövründə sahibkarların dəstəklənməsi siyasəti davam etdiriləcək. Artıq iqtisadi paket çərçivəsində həm muzdla çalışan vətəndaşlar və sahibkarlara, o cümlədən fərdi və mikro sahibkarlara birbaşa dəstək həyata keçirilib. Həmçinin vətəndaşlarımızın əmək haqlarının kompensasiyası üçün 215 milyon manat təsdiq olunub. 80 milyon manat fərdi sahibkarlar üçün iqtisadi paket ayrılıb”.
Deputatın sözlərinə görə, güzəştli kreditlərə çıxış imkanı, eləcə də real sektora yönəldilən subsidiyaların verilməsi həyata keçirilib:
“Martın 10-na qədər götürülən biznes kreditlərə 10 faiz subsidiya tətbiq olunur ki, bu da 1 milyard manatlıq kredit portfelinə 100 milyon manat kompensasiyanın verilməsi anlamına gəlir. Bu da sahibkarların xərclərinin minimumlaşdırılması baxımından vacibdir. 500 milyon manatlıq kredit portfeli sahibkarlara güzəştli kreditlər təklif edəcək. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən elektron kredit portfeli təqdim olundu. Bu da sahibkarların həmin kreditə çıxış imkanı deməkdir. Beləliklə sahibkarlar üçün yeni imkanlar yaradılıb. Sahibkarların güzəştli kredit götürürək kredit faizlərinin 50 faizinə güzəşt əldə edərək fəaliyyətlərinin genişləndirilməsinə imkan veriləcək”.
V.Bayramov qeyd edib ki, vergi güzəştləri çoxlu sayda vətəndaşlarımızı əhatə edəcək:
“Bu, həm pandemiyanın davam edən dövrlərində, həm də 2021-ci il yanvarın 1-nə qədər müddəti əhatə edəcək. Xüsusən sabit qəbzlə çalışan sahibkarlar üçün vergi və sosial haqlar orta hesabla 2 dəfə azaldıldı. Əmək və torpaq vergisi sıfırlanıb, kirayə və sadələşmiş vergi dərəcəsi 2 dəfə aşağı salındı. Bu da sahibkarlar üçün daha az vergi ödəməklə vəsaitlərə qənaət baxımından çox vacibdir. Sosial dəstək davam edir. Birinci mərhələdə 600 min vətəndaşımız birbaşa sosial dəstəkdən faydalana bilib.
Növbəti mərhələdə xüsusən karantin zonasında yaşayan vətəndaşlar üçün dəstək davam etdiriləcək. Bu da ondan xəbər verir ki, karantin müddətində dövlət dəstəyini əsirgəməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm