Vüqar Bayramov: Büdcəyə yenidən baxılacaq
Vüqar Bayramov: Büdcəyə yenidən baxılacaq
Yusif Sultanoğlu
06:26 25.04.2024
İqtisadiyyat
550
Bu barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər
2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Bu o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profist) yaranıb. Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33.8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sektorundan büdcəyə daxilolmalar proqnozlaşdırılandan daha çox olub. Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, bir sıra əvvəlki illərdə profsit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib:
"“Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profist və eləcə də növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yendənqurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin prioritet olacağı istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm