Yeni idxal nəzarəti məntəqələrindən gözləntilər böyükdür
Fidan Həmişəyeva
09:07 18.01.2020
İqtisadiyyat
922
Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib:
“Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq, dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb.
İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb”.
İdxal nəzarəti məntəqələrinin təqdirəlayiq addım olduğunu deyən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Şərq”ə bildirib ki, əgər ciddi nəzarət ediləcəksə, idxal olunan mallar laboratoriyada yoxlanacaqsa, bunun çox ciddi təsiri olacaq. İqtisadçı vurğulayıb ki, indiki halda xaricdən kim nə istədi gətirir və çoxu da yoxlanılmır:
“Bir sıra ölkələrdə yayılan xəstəliklər və viruslardan qorunmaq üçün gömrükdə ciddi yoxlamalar aparılmalıdır. Bununla bağlı ən əsas və vacib addım isə qida məhsullarının ciddi yoxlanması olardı. Bu sahədə vəziyyət çox pisdir. Ölkəyə xaricdən hər cür keyfiyyətsiz, təhlükəli və saxta ərzaq məhsulları gətirilir və əhaliyə satılır. Qida təhlükəsizliyindən vacib heç nə yoxdur. İstərdim ki, bu sahəyə daha çox nəzarət edilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya