Rusiya kömürünün ixracı sanksiyalar səbəbindən 6 illik minimuma düşüb
Rusiya kömürünün ixracı sanksiyalar səbəbindən 6 illik minimuma düşüb
Yusif Nəzərli
19:22 17.01.2025
İqtisadiyyat
624
Rusiyanın kömür şirkətləri üç il dalbadal yenidən ixracatın azalması ilə üzləşiblər.
“Report” xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti “Argus” beynəlxalq qiymətləndirmə agentliyinin icmalına istinadən məlumat yayıb.
Ötən ilin nəticələrinə görə, kömür şirkətləri xarici bazarlara 195 milyon ton məhsul satıblar ki, bu da öncəki illə müqayisədə 17,5 milyon ton, 2022-ci illə müqayisədə isə 26,2 ton az olub.
Müharibədən əvvəlki 2021-ci illə (223,4 milyon ton) müqayisədə Rusiyadan kömür ixracı 13 % azalıb və hazırkı həcmlər son 6 ilin ən aşağı göstəricisi olub. 2020-ci ildə 211 milyon ton, 2019-cu ildə 199 milyon ton, 2018-ci ildə isə 193 milyon ton kömür ixrac edilib.
“Argus” analitiklərinin qeyd etdiyi kimi, sanksiyalar ixrac tədarükünə mənfi təsir göstərməyə davam edir: neft və qazdan fərqli olaraq, Avropa kömürə tam embarqo tətbiq edib, ən böyük kömür şirkətləri – SUEK və “Mechel” ABŞ-nin sanksiya siyahısına daxil edilib.
“Argus”a görə, vəziyyəti “iqtisadiyyatın Şərqə üzə döndərməyə” hazır olmayan dəmir yollarındakı problemlər daha da ağırlaşdırıb. Yük axınının artması fonunda lokomotiv və maşinist çatışmazlığı Rusiya Dəmir Yollarını (RDY) nəqliyyat kollapsının astanasına gətirib: şəbəkədə orta hərəkət sürəti 35 km/saatdan aşağı düşüb və 1991-ci ildən bəri minimum həddə çatıb.
Ötən ay “Bloomberg”ə danışan top-menecerlərə görə, dəmir yollarındakı tıxaclar səbəbindən bir neçə kömür şirkəti plana uyğun ixrac tədarükünü həyata keçirə bilməyib.
Kömürün ixrac qiymətləri 7 ilin ən aşağı səviyyəsinə düşüb. Nəticədə Rusiyadakı kömür şirkətlərinin yarıdan çoxu zərərə düşüb və bütün sektor ili mənfi maliyyə nəticəsi ilə başa vurub: “Rosstat”ın yanvar-oktyabr məlumatlarına görə, balanslaşdırılmış zərər 81 milyard rubl təşkil edib.
Xarici bazarlardan sanksiyalarla kəsilən kömür şirkətləri hasilatı azaltmağa başlayıblar. Əsas kömür regionu olan Kemerovo vilayətində ötən ilin nəticələrinə görə hasilat 15,8 milyon ton azalaraq 198,4 milyon tona düşüb. Regionun kömür ixracı 10 % azalaraq 102 milyon ton təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:21 13.11.2026
Dünya