Yasamal “dağılır”, icra başçısı susur – Elşad Həsənov hardadır?
Yusif Nəzərli
01:01 28.03.2025
Aktual
420
İki gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi xəbəri yayıldı. Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Globalinfo.az bu haqda xəbər dərc etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə çevik reaksiya verdi. Nazirliyin mətbuat xidmətindən saytımıza bildirildi ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib.
Lakin Yasamal Rayon İcra Hakimiyyətindən bu olaya reaksiya verilmədi.
Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orda ola-ola bu vəhşilik baş verdi.
Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin iki əməkdaşı saxlanılıb. FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib. İki gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Çox da ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünü alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpənmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdurlar.
Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin?!
Yeri gəlmişkən, saytlar baş verənlərlə bağlı Yasamal RİH-nə sorğu ilə müraciət etsələr də, sorğular cavabsız qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual