Yenidən sədr olacağı gözlənilən Kılıçdaroğlu CHP liderinin təklifini rədd etdi
Yusif Nəzərli
07:54 07.06.2025
Dünya
399
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayına dair “şübhəli məqamlar” iddiasına görə əlaqələri kəsilən Kamal Kılıçdaroğlu və Özgür Özəl arasında bu dəfə görüş gərginliyi yaşanır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, CHP sədri Özgür Özəl keçmiş sədr Kamal Kılıçdaroğludan görüşlə bağlı razılıq ala bilmir. Özəl son bir həftə ərzində üçüncü şəxslər vasitəsilə Kılıçdaroğludan görüşlə bağlı razılıq almağa çalışsa da, CHP-nin sabiq sədri iş qrafikini və tətilini əsas gətirərək bunu rədd edib.
Ətraflı
CHP-nin 38-ci qurultayı ilə bağlı pozuntu iddiaları Kamal Kılıçdaroğlu və komandasının yenidən partiya rəhbərliyinə qayıdacağı ehtimalını gündəmə gətirib. Məlumata görə, iddia məhkəmədə təsdiqini tapsa, bu, ehtimal real olacaq.
Xatırladaq ki, CHP-nin 38-ci qurultayı 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Qurultayda Özgür Özəl qalib gələrək, Kamal Kılıçdaroğlunun 13 illik sədrliyinə son qoyub. Qurultaydan sonra səsvermədə pozuntu iddiası ilə cinayət işi açılıb. Ankara Baş Prokurorluğu tərəfindən aparılan və artıq yekunlaşan istintaqda Kamal Kılıçdaroğlu zərərçəkən kimi tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol