Analitik: Paşinyanın II Qarageni hədəf almaqda 2 məqsədi var
Yusif Nəzərli
08:28 07.06.2025
Cənubi Qafqaz
359
Ermənistanda Baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında qarşıdurma o qədər kəskin xarakter alıb ki, tərəflər bir-birinə ağır ittihamlarla hədəf almağa başlayıblar. Hər cür söyüş və təhqirlər işə salınıb. Baş nazir Nikol Paşinyan öz sosial şəbəkə paylaşımlarında təhqirlərlə yanaşı, kilsə rəhbərliyini, eləcə də hökumətə qarşı kütləvi aksiyalar təşkil etmiş və hazırkı qalmaqalın ilk “fitilini çəkmiş” keşiş Baqrat Qalstyanı ifşa edən məlumatlar dərc edib. Məlum olduğu kimi, erməni kilsə xadimlərinin, ruhanilərinin “subaylıq andı” var və onların övladı ola bilməz. Buna baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, bütün ermənilərin katolikosu II Qareginin övladı var və bu, “subaylıq andı”nın pozulmasıdır.
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, təbii ki, kilsə və hökumət arasında yaranan bu gərginlik təkcə şəxsi müstəvidə baş verən qalmaqal deyil. Ekspertin sözlərinə görə, baş verənlər siyasi böhran kimi xarakterizə edilir:
"Erməni Apostol kilsəsi uzun illərdir cəmiyyətdə yüksək nüfuza və təsiredici gücə malikdir. "Qarabağ klanı" hakimiyyətdə olarkən kilsə və hökumətin münasibətləri normal şəkildə idi. Lakin Nikol Paşinyan 2018-ci ildə hakimiyyətdə gəldikdən sonra tərəflər arasında gərginlik yaranmağa başladı. Paşinyan hökuməti kilsənin cəmiyyət içində nüfuzunu zəiflətmək, dini sahəyə dövlət nəzarətini tətbiq etmək niyyətindədir. Eyni zamanda xaricdəki iş adamları diaspor xətti ilə kilsəyə külli miqdarda maddi yardım göstərirlər. Bu da kilsənin müstəqil hərəkət etməsinə səbəb olur. Hazırda Paşinyanın əsas niyyəti məhz bu maliyyəni öz nəzarətinə keçirməkdir".
Analitikə görə, eməni baş nazirin birbaşa II Qarageni hədəf almaqda əsasən 2 məqsədi var:
"Birincisi, kilsənin rəhbərliyində dəyişiklik etməkdir. Ehtimal ki, Paşinyanin Qaragenin yerinə namizədi də var. İkincisi məsələ isə kilsənin nüfuzunu zəiflətməkdir. Kilsənin " subaylıq andı " və ruhanilərin ailə qurmaması qaydası erməni cəmiyyətində mənəvi üstünlük kimi xarekterizə edilir. Paşinyan bu çıxışı etməklə erməni kilsənin riyakar və yalançı olduğu faktını ortaya qoydu. Bu isə ruhani idarənin etibarının zədələnməsi deməkdir. Şübhəsiz ki, erməni kilsənin siyasiləşməsinin kuliminasiya nöqtəsi 2024-cü ildə qoyuldu. Həmən il keşiş Baqrat Qalstyanın Ermənistan hökumətinə əlehinə başlatdığı mitinqlər faktiki olaraq kilsənin siyasi hakimiyyətə savaşı kimi xarekterizə edilirdi. Baş verən hadisələr Ermənistan cəmiyyətinin 2 yerə parçalanmasına və kilsənin ciddi şəkildə nüfuz itkisinə səbəb olacaq. Şübhəsiz ki, erməni müxalifəti də bu vəziyyətdən istifadə edərək kilsəni öz tərəfinə çəkməyə çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə