69 uşaq dünyaya gətirən qadın: tarixdə qeyri-adi rekord

XVIII əsrdə Rusiyada yaşamış Valentina Vasilyeva tarixdə ən çox uşaq dünyaya gətirən qadın kimi tanınır.

Sherg.az xəbər verir ki, Gennesin məlumatına görə, o, 27 doğuş zamanı ümumilikdə 69 uşaq dünyaya gətirib.

Məlumatlara əsasən, Vasilyeva 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm doğub. Onun həyat yoldaşı Feodor Vasilyev isə iki evlilikdən ümumilikdə 87 uşağın atası olub.

Bu hadisə ilk dəfə 1782-ci ildə Moskvaya göndərilən rəsmi hesabatda qeyd olunub və sonradan tarixçi Ivan Bashutskinin yazılarında da təsdiqlənib. Buna baxmayaraq, bu rekord tibb dünyasında hələ də müzakirə mövzusu olaraq qalır.