Türkiyənin Antalya şəhərinin Aksu rayonunda yaşayan rəssam Alper Kocabıyık çirkli avtomobil şüşələrini sənət əsərinə çevirir.
Sherg.az xəbər verir ki, 4 yaşından etibarən rəsm çəkən, eşitmə məhdudiyyətli olan gənc rəssam adi kətan əvəzinə fərqli bir “kətan” seçib. Daha əvvəl fərdi sərgi açan və Gözəl Sənətlər Liseyinin məzunu olan Kocabıyık küçədə gördüyü çirkli, tozlu avtomobillərə laqeyd qala bilmir.

O, pambıq çubuq və salfeti fırça kimi istifadə edərək avtomobillərin şüşələri üzərində mənzərə rəsmləri çəkir.
Gənc rəssam əsasən İstanbul silueti, tarixi abidələr və Boğaz mənzərələrini təsvir edir. O bildirib ki, məqsədi sənəti hər kəs üçün əlçatan etmək və insanlara küçədə gözlənilməz bir sənət təcrübəsi yaşatmaqdır.