Mobil Dünya Konqresi 2026-cı ildə ev heyvanları üçün nəzərdə tutulmuş “PetPhone” adlı ağıllı cihaz təqdim olunub. Qurğu boyunluq vasitəsilə qoşularaq heyvanın yerini anlıq izləməyə və sahib ilə iki tərəfli əlaqə qurmağa imkan verir.
Sherg.az xəbər verir ki, “PetPhone” davranış tanıma funksiyası ilə hürmə və ya narahatlıq kimi halları aşkar edərək sahibinə avtomatik bildiriş və zəng göndərə bilir. Qurğuya inteqrasiya olunmuş kamera vasitəsilə heyvanın olduğu məkan izlənə bilir.
Cihaz həmçinin sağlamlıq monitorinqi, GPS, Wi-Fi və Bluetooth əsaslı yerləşmə texnologiyaları ilə təchiz edilib. Məhsul xüsusilə ev heyvanının təhlükəsizliyindən daim narahat olan sahiblər üçün nəzərdə tutulub.