İngiltərənin Imperial College London universitetinin bioloqu Robert Endres Yer üzündə həyatın öz-özünə yaranmasının düşünüləndən daha az ehtimal ola biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, onun arXiv platformasında yayımlanan araşdırmasına görə, həyatın əsasını təşkil edən molekullar təbiətdə çox sürətlə parçalanır. Bu isə həyatın yaranma prosesinin gözləniləndən daha sürətli baş verməli olduğunu göstərir.
Alim “yönləndirilmiş panspermi” ehtimalını da istisna etmir. Bu nəzəriyyəyə əsasən, həyat Yerə inkişaf etmiş yadplanetli sivilizasiya tərəfindən gətirilmiş ola bilər.
Endres qeyd edib ki, bu fikir spekulyativdir və sübut olunması çətindir. Bununla belə, o, həyatın mənşəyi ilə bağlı mövcud elmi modellərin natamam ola biləcəyini vurğulayıb.