Kişilər hansı qadınlardan çəkinir və ya onlardan uzaq durmağa çalışır?
Psixoloqların fikrincə, bu qorxu həmişə real təhlükə ilə bağlı olmur. Çox vaxt bu, kişinin özünə inamsızlığı və ya münasibətdə güc balansı ilə əlaqədar olur.
Medicina.az xəbər verir ki, aşağıdakı qadın xüsusiyyətləri bəzi kişilərdə narahatlıq və ya qorxu hissi yarada bilər.
1. Çox güclü və özünə arxayın qadınlar
Öz fikrini açıq deyən, qərar verə bilən və həyatını müstəqil quran qadınlar bəzən bəzi kişilərdə kompleks yarada bilər. Özünə güvənən qadınla münasibət qurmaq üçün kişi də kifayət qədər güclü və yetkin olmalıdır.
2. Hər şeyi idarə etmək istəyən qadınlar
Bəzi qadınlar münasibətdə bütün qərarları özləri verməyə çalışırlar. Daim nəzarət edən və hər şeyə müdaxilə edən qadınlar kişilərdə sıxılma hissi yarada bilər.
3. Daim tənqid edən qadınlar
Psixoloqlar bildirir ki, davamlı tənqid münasibətlərə ən çox zərər verən davranışlardan biridir. Kişi özünü daim qiymətləndirilən və qüsurlu hiss etdikdə münasibətdən uzaqlaşa bilər.
4. Çox qısqanc qadınlar
Həddindən artıq qısqanclıq münasibətdə gərginlik yaradır. Daim şübhə və nəzarət altında olmaq bir çox kişidə narahatlıq yaradır.
5. Emosional partlayışlar yaşayan qadınlar
Tez-tez əsəbiləşən, emosiyalarını idarə etməkdə çətinlik çəkən qadınlar bəzi kişilərdə qorxu hissi yarada bilər. Belə münasibətlər çox vaxt sabit olmur.
6. Həddindən artıq tələbkar qadınlar
Bəzi qadınlar münasibətdə yüksək maddi və emosional gözləntilər qoyurlar. Bu zaman kişi özünü daim təzyiq altında hiss edə bilər.
7. Tam müstəqil və kişiyə ehtiyac duymayan qadınlar
Bəzi kişilər üçün münasibətdə öz rolunu hiss etmək vacibdir. Əgər qadın tam müstəqildirsə və heç bir dəstəyə ehtiyac duymursa, bəzi kişilər özlərini lazımsız hiss edə bilərlər.