Günəş sisteminin uzaq bölgələrində, Neptundan kənarda Yerdən təxminən iki dəfə daha kütləli naməlum planetin mövcud ola biləcəyi irəli sürülüb.
Sherg.az xəbər verir ki, beynəlxalq alimlər qrupu apardığı simulyasiyalar nəticəsində Günəş sisteminin kənarındakı bəzi obyektlərin, o cümlədən cırtdan planet Sednanın orbitlərinin formasını naməlum planetin cazibə qüvvəsinin daha yaxşı izah etdiyini müəyyənləşdirib.
Alimlərin fikrincə, Planet X2 adlandırılan ehtimal olunan planet Günəşdən orta hesabla 350–500 astronomik vahid məsafədə yerləşə bilər. Bu isə onun Neptundan xeyli uzaqda olması deməkdir.
Tədqiqatçılar nəticələrin uzaq və sabit orbitdə hələ kəşf edilməmiş planetin mövcudluğunu dəstəklədiyini bildirirlər.