Bursanın Karacabey rayonuna bağlı Eskikaraağaç (Leylək kəndi) məhəlləsində məşhur Yarən leylək üçün növbə başlayıb. Yarənin həyat yoldaşı bu səhər kəndə gəlib. Balıqçı Adem Yılmaz isə 15-ci görüş üçün Yarəni gözləyir.
Sherg.az xəbər verir ki, 15 ildir davam edən dostluq hekayəsi ilə həm Türkiyədə, həm də xaricdə milyonların sevgisini qazanan Adəm Yılmaz və Yarən leyləyin builki görüşünün daha erkən baş tutacağı ehtimal edilir.
Keçən il Yarən leylək kəndə martın 15-də qayıtmışdı, həyat yoldaşı isə ondan iki gün əvvəl yuvaya gəlmişdi. Bu il isə ilk gələn məhz onun həyat yoldaşı olub və kəndin ilk “qonağı” sayılıb.
Səhər oyananda evinin damındakı yuvada leylək görən Adəm Yılmaz əvvəlcə onun Yarən olduğunu düşünərək həyəcanlansa da, sonradan bunun həyat yoldaşı olduğunu anlayıb.

Leyləyin evin bacasına və damına qonması məhəllə sakinləri arasında da böyük sevinc yaradıb.
15 il əvvəl başlayan bu dostluq hekayəsi romanlara, sənədli filmlərə və ekran işlərinə mövzu olub. İndi isə hər kəsin gözü yoldadır: görəsən, Yarən builki görüşə ən erkən tarixdə gələrək yeni bir ilkə imza atacaqmı?