Nərmin Əkbərliyə dəstək olaq: Pula görə bir övlad anasız qalmasın - FOTO
Yusif Nəzərli
07:04 25.11.2022
Cəmiyyət
495
Övladın valideynin korlanan sağlamlığı qarşısında aciz qalması bu həyatda, bəlkə də, ən çətin anlardan biridir. Hazırda bir ananın sağlamlığına qovuşması üçün övladları xalqdan kömək istəyirlər.
Bu ilin iyun ayından etibarən Fərqanə Əkbərovanın səhhətində müxtəlif problemlər yaranıb. Bir çox həkimlərə müraciət edilsə də, dəqiq diaqnoz qoyula bilməyib. Oktyabrın 28-dən durumu ciddiləşdiyi üçün xəstəxanalara müraciət olunub, müxtəlif müayinələrdən keçirilib. Vəziyyəti ağırlaşdığı üçün Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmək qərarına gəlinib. Həkimlərin yekun rəyinə əsasən, Fərqanə Əkbərovanın ağciyərlərində kaverna aşkarlanıb. Xəstəlik ağır gedişlidir və ciddi fəsadlar yaradır.
Son bir ayı ailəsi xəstəxanalarda keçirib. Xəstəliyin aşkarlanmasına qədər müayinə, xəstəxana xərcləri, dərmanlar da daxil ümumilikdə 13 min manata qədər vəsait xərclənib. Hazırda Bakı Sağlamlıq Mərkəzinə 6 min manata yaxın borc yığılıb, üstəlik, təyin olunan müalicənin fasiləsiz davam etməsi üçün ailəyə maddi dəstək lazımdır. Müalicə üçün bankdan kredit götürülüb, lakin o vəsait də artıq bitib.
F.Əkbərova gənc və istedadlı jurnalist Nərmin Əkbərlinin anasıdır. Nərmin anasının sağlamlığına qovuşması üçün xeyirxah insanlardan kömək istəyir:
“Müalicə bundan sonra hələ davam etməlidir. Halbuki daha tez düzgün diaqnoz qoyulsa və müalicələr aparılsaydı, bəlkə də, anam bu gün reanimasiyada süni nəfəs aparatında qoşulmazdı. Mən bu qədər maddi-mənəvi çökməzdim. Bu günədək dostlarım mənim adımdan yardım toplayıb, dəstək olublar. İnsan əzizləri ilə sınananda bunu sözlə ifadə edə bilmir. Anam gözümün qarşısında əziyyət çəkir və mənim ona yardım edə bilməməyim məni məhv edir. Allahın rəhmi var axı, mən anamı pula görə niyə itirim? Xahiş edirəm, mənə anamı bu xəstəlikdən xilas etmək üçün yardım edəsiniz”.
Ailənin gündəlik 1 500 manata yaxın xərci çıxır. İlkin hesablamalara görə, bir aylıq müalicə üçün xəstəxana xərcləri və müalicə daxil təxminən 45 min manata yaxın vəsait lazımdır.
Fərqanə Əkbərova övladlarına görə xəstəliyə məğlub olmamaq üçün mübarizəsini davam etdirir, biz də bu mübarizədə onu və Nərmini tək qoymayaq. Birlikdə ananı sağlamlığına qovuşduraq.
Xəstəxanada gündəlik xərclər çox olduğundan ailənin vəsaiti artıq tükənib. Xərclər günbəgün artır və borc çoxalır. Ailəyə dəstək olmaq istəyən şəxslər aşağıda qoyulan bank kartlarına vəsait köçürə bilərlər:
Leobank: 4098 5844 6550 0500
Kapital bank: 4169 7332 2047 8346
Paşa Bank : 4182 4957 0184 7356
Rabitə Bank : 4189 8000 8025 5019
Həmçinin ailə ilə +99451 351 96 91 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm