
Analitik: ABŞ üçün Zelenskinin taleyinin əhəmiyyətli olduğunu düşünmürəm
12:56 05.03.2024
Aktual
591
“ABŞ Rusiya ordusunun uğurla irəliləməsi fonunda Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyevdən təxliyə edə bilər”
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı Stiven Brayan deyib.
“Zelenski hökumətinin Kiyevdə nə qədər dayana biləcəyini söyləmək mümkün deyil. Rusiya qoşunlarının irəliləməsi, ölkə daxilində artan iğtişaşlar, seçkilərdən imtina, Zelenskiyə qarşı çıxan insanların həbs olunması vəziyyəti daha da ümidsiz hala gətirir. Odur ki, Zelenski Kiyevdə ölümcül təhlükə ilə üzləşə bilər. Bu şəraitdə Pentaqonun Ukrayna liderini xilas edərək başqa yerə köçürməsi mümkündür. Lvov ən çox ehtimal olunan yerdir. Çünki rusların bura çatması çox çətindir”, – Brayan vurğulayıb.
Brayanın fikirlərini “Sherg.az”a şərh edən "Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov bildirib ki, həqiqətən də Rusiyanın cəbhədə irəlilədiyini görürük:

“Ukraynanın Rusiya ərazisində və Krımda həyata keçirdiyi xususi əməliyyatlar lazimli nəticəni vermir. Çünki faktiki olaraq Rusiya döyüş meydanında müəyyən uğurlar əldə edib. Həmçinin Rusiya ordusunda hakimiyyətə qarşı hərəkətlənmələr də yoxdur. Əlbəttə, Zelenski Prezident olaraq ciddi şəkildə qorunur. İndiyə qədər ona bir neçə dəfə sui-qəsd cəhdi olub. Həmin sui-qəsd cəhdlərinin detalları açıqlanmasa belə, bununla bağlı müəyyən məlumatlar yayılıb və daha sonra qarşısı alınıb. Müharibə gedən ölkədə prosesləri idarə edən şəxsin aradan qaldırılması 80-90 faiz qələbə deməkdir. Bu mənada Zelenskinin öldürülməsi Rusiya maraqlarına uyğundur. Zelenski isə bunu bilir, ona görə də müdafiə olunur. Təxliyə məsələsi rəsmi şəxs tərəfindən deyilsə idi, ikibaşlı açıqlama sayılardı. Ukrayna üzərində ABŞ idarəetməni təmin etmək üçün Zelenskini hakimiyyətdən uzaqlaşdıra bilər. Son vaxtlar Ukrayna və ABŞ hakimiyyəti arasında ziddiyətlər yaranıb. Amma ABŞ üçün Zelenskinin taleyinin əhəmiyyətli olduğunu düşünmürəm. Əgər Zelenski hakimiyyətdən getsə, onlar üçen yeni birini gətirmək o qədər də çətin deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə