
Ölkəmizdə istehsal olunan bal, idxal olunan baldan daha keyfiyyətlidir -İqtisadçı
12:03 08.01.2025
İqtisadiyyat
655
Azərbaycanın təbii bal idxalı ixracını dəfələrlə üstələyib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 114,12 ton təbbi bal idxal edib ki, bu da ixracından (3.58 ton) 32 dəfə çoxdur.
Ümumilikdə isə, ötən ilin 11 ayında təbii bal idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 ton artıb. İxrac isə cüzi artıb: 70 kq.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, düşünürəm ki, bizim balçılıq üzrə böyük imkanlarımız var:

“İşğaldan azad olunmuş bölgələrdə bunun üçün şərait mövcuddur. Balın yetişdirilməsi ilə bağlı ölkənin peşəkar sahibkarları və ənənələri var. Lakin bəzi hallarda bizim sahibkarlar xaricdə satış etmək üçün yetəri qədər səriştə, bilik, və əlaqələrini yarada bilmirlər. İxrac üçün yeni bazarların axtarışını və ya yeni bazarlara çıxışı əldə etməkdə çətinlik çəkirlər. Bu baxımdan da, düşünürəm ki, sahibkarlar bu istiqamətdə daha çox işlərini qurmalıdırlar. Digər tərəfdən onu da qeyd edim ki, mütəxəssislərin də fikrincə, ölkəmizdə istehsal olunan bal, idxal olunan baldan daha keyfiyyətlidir. Çünki təbii şəraitdə böyüdüyündən istehsal olunan daha keyfiyyətli və daha dadlı olur. Buna görə də idxal olunan ballar bəzən bizim yerli balın keyfiyyətində olmur. Həmin ballar sənaye üsulu ilə hazırlanır və əsasən şirniyyat və un məmulatları məhsullarında istifadə olunur. Bütün bunları qeyd edərək hesab edirəm ki, bizim balçılığın geniş inkişaf imkanları var. Sadəcə, sahibkarlar bu istiqamətdə daha ciddi çalışmalıdırlar. Həmçinin, dövlət də onların xarici bazarlara çıxışını təşviq etməli və dəstək olmalıdır. Düzdür, bu istiqamətdə müəyyən işlər görülür. Lakin bunun üçün fermerlərin özünün də daha çox fəaliyyət göstərməsi müsbət fayda verər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə