ABŞ Kino Akademiyası yeni simalar axtarır
18:50 02.07.2020
Mədəniyyət
1393
Amerika Kino Akademiyası yenilənmə istiqamətində addımlar atır.
AZƏRTAC “Euronews” saytına istinadla xəbər verir ki, bütün dünyada 800-dən çox kino sənəti xadiminə bu Akademiyaya daxil olmaq barədə dəvətnamələr göndərilib.
Son illərdə bu məşhur Kino Akademiyası dərin böhranla üzləşib, “Oskar” mükafatı üçün filmlər və nominantlar seçimi zamanı etnik müxtəlifliyin olmamasına görə tənqidə məruz qalıb. Vaxtilə çox nüfuzlu kino prodüseri Harvi Vaynşteynin adı ilə bağlı qalmaqal da bu mükafatın statusuna ciddi zərbə vurub. Amerika kino sənayesinin hüdudlarından kənara çıxmış bu qalmaqal beynəlxalq miqyas almış #MeeToo hərəkatının yaranmasına səbəb olub.
Kino Akademiyası öz imicini bərpa etmək üçün yeni simaları cəlb etməyi qərara alıb. Onlarca ölkəyə dəvətnamələr göndərilib.
Amerika Kino Akademiyasının dəvət etdiyi xadimlərin təqribən yarısı qadınlar və etnik azlıqların nümayəndələridir. Bu addımın məqsədi bütövlükdə əyləncə sənayesinin, o cümlədən kinematoqrafın inklüzivliyini artırmaqdır.
Bu tədbirin bilavasitə Kino Akademiyasının daxilində rolların bölüşdürülməsinə necə təsir edəcəyi hələ aydın deyil. Ola bilsin ki, ilk müsbət dəyişikliklər gələn ilin baharında – “Oskar” mükafatının növbəti təqdimetmə mərasimi keçirilərkən görünəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə