Arnold Şvartseneqqer vətəni Avstriyada ali fəxri mükafata layiq görülüb
11:07 20.09.2020
Mədəniyyət
1032
Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen məşhur kinoaktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqeri "Avstriya Respublikasına xidmətlərinə görə" Böyük Qızıl Fəxri Nişanla təltif edib.
AZƏRTAC xəbər verir ki, iqlim dəyişikliklərinə həsr olunmuş “Avstriya Dünya Sammiti” çərçivəsində keçirilən mərasimdə A. Van der Bellen əslən Avstriyanın Ştiriya əyalətindən olan dünya şöhrətli kinoaktyorun onilliklər boyu vətəni Avstriyanın ABŞ-da və ümumilikdə dünyada müsbət imici üçün fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda onun qlobal istiləşməyə qarşı mübarizəyə verdiyi töhfə, ətraf mühitin qorunması üçün həyata keçirdiyi layihələr və həmtəsisçisi olduğu “Avstriya Dünya Sammiti”nin uğurları da qeyd edilib.
Arnold Şvartseneqqer bu mükafatı bir avstriyalının həyatda ala biləcəyi ən yüksək fəxri ad kimi dəyərləndirib. O, özünü qəlbində daim avstriyalı kimi hiss etdiyini və vətəni Avstriyaya bağlılığını hər zaman nümayiş etdirdiyini vurğulayıb. Dünya şöhrətli aktyor vətənə bağlılığın simvolik tərənnümü olan bu mükafatın onu bundan sonrakı fəaliyyətində də ruhlandıracağını ifadə edib.
Qeyd edilməlidir ki, koronavirus pandemiyası ilə əlaqədar A. Şvartseneqqer “Avstriya Dünya Sammiti”ndə iştirak üçün Avstriyaya səfər edə bilməyib, mükafatın təqdimatı videoformatda keçən mərasimdə baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm