Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb
Yusif Nəzərli
05:39 12.06.2024
Mədəniyyət
878
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də iki ölkənin mədəniyyət nazirləri Ozodbek Nazarbekov ilə Adil Kərimli arasında görüş olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, Özbəkistan Forumlar Sarayında gerçəkləşən görüşdə azərbaycanlı həmkarını salamlayan Ozodbek Nazarbekov Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini yenidən ölkəsində görməkdən məmnunluğunu bildirən nazir özbək xalqının Azərbaycan mədəniyyətinə həmişə sevgi və rəğbət bəslədiyini deyib.
İkitərəfli görüşə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli ölkəmizdən incəsənət ustalarının Özbəkistana böyük sevgi və həvəslə gəldiklərini diqqətə çatdırıb.
Qeyd olunub ki, həmin gün Azərbaycan mədəniyyət nazirinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilməsi qardaş ölkənin dövlət başçısının Azərbaycanla münasibətlərə böyük diqqət yetirməsinin və mədəniyyətimizə olan rəğbətinin parlaq təzahürüdür. Bildirilib ki, görüş zamanı Özbəkistan Prezidenti tərəfindən birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, görkəmli özbək və Azərbaycan şairləri Əlişir Nəvai və Məhəmməd Füzuliyə həsr olunan filmin çəkilməsi ilə bağlı təklif səsləndirilib. Nazirlərin görüşündə dövlət başçısının bu təklifi ilə bağlı müzakirə aparılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya