İran Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ABŞ hərbçilərinin ələ keçirdiyi iki neft tankerini geri qaytarıb.
Sherg.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ParsToday-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran hərbçiləri amerikalıların gözləmədiyi anda əməliyyat keçirərək tankerləri geri almağa nail olublar.
Qeyd edək ki, məlumat hələlik İran tərəfinin açıqlamasına əsaslanır.