Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq
13:28 18.11.2019
Mədəniyyət
753
Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıda heykəli ucaldılacaq. Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib. Onun sözlərinə görə, heykəlin ucaldılması istiqamətində müvafiq işlər aparılır:
“Heykəlin ucaldılacağı yer hələlik müəyyən edilməyib. Ekspertlərin verəcəyi rəylə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq.
Buna zaman lazımdır. Heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. Heykəlin kim tərəfindən hazırlanacağı məlum olduqdan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq”.
V.Əliyev qeyd edib ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır.
Qeyd edək ki, bu gün yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm