“Fənərbağça” klubunda Acun Ilıcalıya məxsus 217 nömrəli “VIP-loja” (“fərdi tamaşaçı bölməsi”)ilə bağlı hüquqi mübahisədə yeni qərar verilib.
Sherg.az xəbər verir ki, İstanbul Anadolu 10-cu İstehlakçı Məhkəməsi Aziz Yıldırımın lojаnın öz şirkətinə verilməsi ilə bağlı tələbini dördüncü dəfə rədd edib.
Yıldırım klubun prezidenti seçildikdən sonra Ilıcalıya məxsus lojаnı klubun balansına keçirərək prezident lojаsı kimi istifadə etmək istəyib. Lakin Ilıcalı qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib və lojаnı geri qaytarmağa nail olub.
Məhkəmə qərarında əvvəlki qadağaya baxmayaraq lojаnın zədələnməsi ilə bağlı araşdırma başlanmasını da nəzərdə tutub.
Qeyd edək ki, 217 nömrəli loja 2026–2027-ci il mövsümünün sonunadək üçüncü şəxslərə verilə və ya onların istifadəsinə təqdim oluna bilməz.