Bir gözümüz gülür, biri də ağlayır ! – “Ordumuz irəliləyir sevinirik, şəhidlərimizə isə...”
Yusif Sultanoğlu
15:01 06.10.2020
Mədəniyyət
1144
10 günə yaxındır cəbhədə qızğın döyüşlər gedir. Ordumuz bu qısa müddət ərzində düşmənə layiqli cavabı verməklə yanaşı həm də işğalda olan torpaqlarımızın bir hissəsini azad edib. Uzun illərdir, işğalçıların tapdağında olan Cəbrayıl, Suqovuşan kimi əhəmiyyətli ərazilərə bayrağımız sancılıb.
Bütün bunlarla bərabər qarşı tərəfin həm hərbi, həm də iqtisadi durumunun gərgin olması, ermənilərin yavaş-yavaş Qarabağı tərk etməsi də məlum məsələlərdəndir. Belə bir vəziyyətdə Azərbaycan ordusunun əmin və qətiyyətli addımlarla qələbəyə doğru irəlilədiyini söyləsək, yanılmış olmarıq.
“Sherg.az”la həmsöhbət olan əməkdar artist Təyyar Bayramov da sevincini gizlətmədən ürək sözlərini dilə gətirib:
“Bir tərəfdən də kədərliyəm. Çünki şəhidlərimiz var. Allah onlara rəhmət eləsin. Amma Cənab Ali Baş Komandanımız və rəşadətli ordumuzun səyləri nəticəsində irəli getdiyimiz üçün sevinirik. Qarabağı işğaldan azad etməyimizə az qalıb. Şuşaya tərəf addımlayırıq. Hazırda xalq olaraq xoşbəxtik. Mən də ata-baba yurduma gedəcəyim üçün çox sevinirəm.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm