Brilliant Rafael Dadaşovun evində kimə HİDDƏTLƏNİB? – Xalq artisti əsl səbəbi “Şərq”ə açıqladı
15:02 18.03.2020
Mədəniyyət
2591
Brilliant Dadaşova: “Jurnalistlərə çay, halva təklif etmək əvəzinə tanımadığım şəxslər jurnalistlərin işlərini görməyə imkan vermirdi”
“Jurnalistlərə qarşı rəftarı acığıma gəldi.Səbr etdim, amma sonda danışmalı oldum. Dedim ki, burda hər ağzı olan danışmasın”
Xəbər verdiyimiz kimi, tanınmış aktyor, xalq artsiti Rafael Dadaşov martın 16-da haqqın rəhmətinə qovuşdu..Aktyor dünən ikinci Fəxri Xiyabanda dəfn edilib. Virusla əlaqadər olaraq Akademik Milli Dram Teatrında sənətkar üçün vida mərasimi keçirilməyib.
Aktyorun yas mərasimi evində təşkil olunub. Mərasimdə mətbuat nümayəndələri da iştirak edib.Lakin jurnalistlər bir sıra şəxslər tərəfindən müdaxilələrə məruz qalıb. Bu hadisəyə hiddətlənən xalq artisti Brilliant Dadaşova sərt reaksiya verib.
Məsələni aydınlaşdırmaq üçün Brilliant xanımla əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, Rafael Dadaşovun yaxınları dura –dura başqa insanlar mətbuata müdaxilə edirdi:
“Rafael Dadaşov ictimai xadim idi. Mərasimdə jurnalistlər var idi. Uşaqlar yığışıb öz işlərini görürdü. Çay, halva təklif etmək əvəzinə tanımadığım şəxslər jurnalistləri acılayırdılar. Mən ona görə əsəbləşərək söylədim ki, bu evin böyüyü yoxdur ?! Rafael Dadaşovun yaxınları kənarda qalıb, amam başqa insanlar mətbuata müdaxilə edirdi. Jurnalistlərə “çəkməyin” deyirdilər. .Mən də əsəbləşdim ki, niyə bizim əvəzimizə qərar veirirlər. Biz belə müdaxilə edə bilmərik. Çünki R. Dadaşov ictimai xadimdir , xalq üçün maraqlıdır. Onun Akademik Milli Dram Teatrında vida mərasimi də təşkil olunmadı. Xalq maraqlanırdı və jurnalistlər də işıqlandırmaq istəyirdi.”
Xalq artisti mərasimdə mətbuatın işini məhdulaşdırmağa çalışan insanların bəzilərini tanımadığını söylərək qeyd edib ki, digərləri isə ailələrinə çox uzaqdan qohumdurlar:
“Onların jurnalistlərə qarşı rəftarı acığıma gəldi.Səbr etdim, amma sonda danışmalı oldum. Dedim ki, burda hər ağzı olan danışmasın. Bəlkə, videodan yanlış anlaşılıb.Amma tanımadığım şəxslər jurnalistlərin işlərini görməyə imkan vermirdi. Ailəmizlə yaxından- uzaqdan əlaqəsi olmayan insanlar mətbuata müdaxilə edirdi.Tanınmış ailə olduğumuz üçün Rafael Dadaşovun dəfn mərasimi istər jurnalistlər, istərsə də xalq üçün maraqlı idi. Onlar da iştirak etmək istəyirdilər.Jurnalistlər Rafael müəllimin yas mərasiminin xalqa çatdırırlmasında vasitəçi idilər.Onların acılanması mənə xoş gəlmədi”.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm