Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib
Yusif Nəzərli
08:28 11.12.2022
Mədəniyyət
907
Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanıb.
Tamaşadan əvvəl çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Bakı Bələdiyyə Teatrı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Bələdiyyə Teatrına göstərdiyi dəstək, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan İlyas Əfəndiyev və Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında danışıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan tamaşanın əsas ideyası uzun illər boyu başına müsibətlər gəlməsinə baxmayaraq, Azərbaycanın bütün bu çətinliklərdən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışmasından ibarətdir.
General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.
“Şuşada ürəyim qaldı” tamaşasında Vətən naminə məhəbbətindən əl çəkən Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, o gözəl Qarabağı unutmaması xüsusilə diqqət çəkir.
Ömrünün sonuna kimi Vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm İranda, həm də doğma Vətənində dildən-dilə keçərək yaşayıb.
“Qarabağnamə” pyesi XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən istilaya məruz qalması mövzusuna həsr olunub. Elçinin “Baş” romanındakı hadisələr də XIX əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə mükafat təqdim edib. Teatrın baş rejissoru Mərahim Fərzəlibəyov öz növbəsində fondun prezidenti Günay Əfəndiyeva və TÜRKSOY-un Baş katibi Sultan Rayevə teatr adından xüsusi hədiyyələr bağışlayıb.
Tamaşanın Bursada nümayişi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm