Dünyanı heyrətə gətirən ən qorxulu Azərbaycan filmi: Artıq Bakıya çatıb - VİDEO
17:27 06.12.2019
Mədəniyyət
1595
Azərbaycanın ilk qorxu filmi "Aporia: Kiyamet deneyi" dünya premyerasından sonra nəhayət ki, Bakıda da təqdim edilib. Kinolent öz keyfiyyəti, effektləri, aktyorların oyunu və ən başlıcası miqyası və real zorakılıq səhnələri ilə paytaxt publikasını şoka salıb. Ona görə də, tamaşaçıların çoxu onu Hollivud trilleri kimi qiymətləndiriblər.
Filmin rejissoru və senari müəllifi Rəvan Cabbarov Sputnik Azərbaycan-a Bakı premyerasından danışıb. Filmin premyerası bir sıra Avropa ölkələrində böyük uğurla keçib və indi də Azərbaycana çatıb. Cabbarovun ən əsas uğuru isə o olub ki, bu film artıq ən böyük beynəlxalq videoservis olan "Amazon Prime" onlayn-kinoteatrda nümayiş olunur.
"Aporia: Kiyamet deneyi" bu servisdə yerləşdirilən ilk Azərbaycan filmidir. Bu, bizim kinematoqraf üçün böyük uğurdur. Bu servisdən filmi yalnız Amerikada yaşayan insanlar yükləyə bilər. Mənə ABŞ-da yaşayan bir çox azərbaycanlı dostlar yazırlar ki, artıq filmi əldə edərək ona baxıblar və çox xoşlarına gəlib", - deyə Cabbarov bildirib.
Bununla əlaqədar olaraq, artıq Türkiyə və Amerikanın şirkətləri rejissorla müqavilə bağlayıblar, yalnız dünya premyerasından sonra onlara filmi Bakıda nümayiş etdirmək nəsib olub. Onun sözlərinə görə, paytaxt tamaşaçısı rejissorun, operatorun işini və aktyorların oyununu yüksək qiymətləndirib. Onlar bu filmin bütün dünya parametrlərinə cavab verəcəyini gözləmirmiş.
"Bütün rəylər müsbətdir. Çünki o, tipik Azərbaycan filmlərinə bənzəmir. Hamı düşünür ki, çəkilişlər Hollivudda aparılıb və filmin ərsəyə gəlməsində xarici komanda işləyib. Lakin film Azərbaycanda çəkilib və orada tanınmamış aktyorlar iştirak edib. Təəssüf ki, bizim publika Azərbaycan komediyalarına baxmağa alışıb, ona görə də digər janrlarda çəkilmiş yerli filmlərə baxmır. Bütün günahlar rejissorlardadır, çünki qazanc xatirinə ucuz komediyalar çəkirlər", - deyə Cabbarov bildirib.
Xaricdə keçirilən təqdimatlar sayəsində rejissorun filmə xərclədiyi bütün vəsaitlərin əvəzi ödənib. Onun sözlərinə görə, "Aporia: Kiyamet deneyi"ni çəkməkdə məqsədi pul qazanmaq olmayıb. O, sadəcə istəyib elə film çəksin ki, onu xaricdə də nümayiş etdirmək mümkün olsun və o, buna nail olub.
Filmin uğurundan sonra rejissora təkcə Azərbaycandan deyil, xaricdən də çox sayda təkliflər gəlib. Hazırda Cabbrov dramatik və tarixi bir filmin çəkilişləri ilə məşğuldur.
"Mənim həyatımda və karyeramda "Aporia: Kiyamet deneyi" vacib rol oynayır. Bu, mənə təkcə Azərbaycan kinematoqrafını şöhrətləndirməyə yox, həm də xaricilərə bizim ölkəmizdə bu sahədə çox sayda peşəkarların olduğunu sübut etməyə köməklik göstərib. Mən triller çəkməyi davam etdirmək niyyətindəyəm, çünki bu janr mənə çox yaxındır. Bizim uğurlarımız hələ qabaqdadır" , - rejissor deyib.
Qeyd edək ki, film təkcə rejissora deyil, orada baş rolun oyunçusu Aysel Yusibovaya da böyük uğur gətirib. Zaqatala xalq teatrının aktrisası olan Yusibovaya bu filmdən sonra Hollivud filmində çəkilmək təklifi gəlib.
"Aporia: Kiyamet deneyi"nin çəkilişlərinə 1 avqust 2018-ci ildə başlanıb və çəkilişlər 2019-cu ildə başa çatıb. Bütün səhnələr Azərbaycanın ən gözəl rayonlarından biri olan Şəkidə çəkilib. Filmdə Şəki dram teatrı və Zaqatala xalq teatrının kastinqlər nəticəsində seçilən aktyorlar rol alıb.
Filmdə əsas rolları Aysel Yusibova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rəhim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları oynayıb. Film 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya