Ədalətin bumu, DÜNYA?! - “Ermənistanın Gəncə terroruna səssiz qalırlar"
Yusif Sultanoğlu
13:23 12.10.2020
Mədəniyyət
837
“Torpağı işğal olunan tərəfik, amma bizdən güzəşt istəyirlər. Ermənistanın terror əməllərinə isə səs çıxarmırlar”
“Baş verənlər başqa dövlətdə olsa idi, bütün dünya olanlardan danışardı”
“Gəncə hadisələrini eşidəndən sonra, iki gündür ki gözümüzə yuxu getmir. Gecənin bir yarısı, qəfil şəkildə şəhəri raket atəşinə tutdular. Belə bir şey gözləmirdik. Ona görə də hesab edirəm ki, bu, terrror aktıdır. Düşünürəm ki, Xocalıdan sonra xalqımıza qarşı törədilən soyqırımıdır”.
Bu sözləri “Sherg.az”a xalq artisti Mənsum İbrahimov deyib. Gəncədə mülki əhalini hədəf alan düşmən təxribatından danışan sənətkar, dağıntılar zamanı yaralanan uşaqları da xüsusi qeyd edib:
“İkinci böyük şəhərimiz olan Gəncəyə atəşkəs imzalandıqdan qısa müddət sonra raket atmaq nə deməkdir?!Günahsız insanlarımız həlak olub. Təəssüf ki, dünya buna səssiz qalır. Baş verənlər başqa dövlətdə olsa idi, bütün dünya olanlardan danışardı. Torpağı işğal olunan, zərərçəkən tərəfik, amma bizdən güzəşt etməyimizi istəyirlər. Ermənistanın terror əməllərinə səs çıxarmırlar”.
Mənsum bəy vurğulayıb ki, baş verən son olaylar , törədilən təxribatlar unudulmayacaq. Həm dövlət başçımız, həm də müzəffər ordumuz düşmənin terror aktının cavabını verəcək:
“Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxacaq. Düşünürəm ki, bütün bunlara baxmayaraq xalqımız ordumuzun, dövlət başçımızın arxasındadır. İnanırıq ki, Ali Baş Komandanımız bizə zəfər xəbəri verəcək. Əsgərlərimiz daim irəli gedəcək, şanlı bayrağımız Qarabağda dalğalanacaq. Şükürlər olsun ki,cəbhədən şad xəbərlər gəlir.
Şəhidlərimizin, günahsız yerə həlak olan mülki insanların qanı yerdə qalmayacaq. Şəhidlərimizin ruhları şad olsun. Mənim də yaxın qohumum şəhid olub.Şəhadət şərbəti içən igidlərimizin ruhu düşməni bağışlamayacaq.
Buna əminəm! Xalqımız da qisasımızın alınacağına inanır. Bu gün millətimiz dövlət başçımızla bir yerdədir. Hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşən əsgərik. İnşallah Şuşada zəfər bayramında görüşəcəyik.”
Məlumat üçün qeyd edək ki, oktyabrın 11-i saat 2 radələrində Ermənistan hərbi-siyasi rəhbərliyinin tağşırığı ilə müharibə ərazisinə aid olmayan, döyüş bölgəsindən 100 km uzaqlıqda yerləşən, yarım milyon əhalisi olan Gəncə şəhəri raket atəşinə tutulub. Təxribat nəticəsində 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm