"Efirlərimizin çoxu ödənişlidir, onlardan da dəvət almırıq!” – “Ərəb Zəngi” gileyləndi
Yusif Sultanoğlu
11:10 11.06.2020
Mədəniyyət
1622
Deyirlər, ən yaxşı sənətkarların reklama, PR-a ehtiyacı olmur. Efirə çıxmasalar da , gündəmə gəlməsələr də unudulmurlar. Həmin sənətçilərdən biri də muğam ifaçısı Gülnar İsayevadır. Gülnar xanım uzun müddətdir, mediadan, televiziya verlişlərindən uzaqdır.
“Sherg.az” olaraq bu amili nəzərə alıb, xanəndə ilə əlaqə saxlayıb, həmsöhbət olduq.
Söhbətimizi təqdim edirik.
-Son vaxtlar sizi efir məkanlarında görmürük...
-Bəli, ailəmlə, uşaqlarımla bağlıdır. Başqa səbəb yoxdur...Yaradıcılıq işlərim davam edir, lakin əvvəlki kimi çox deyil. Həm də hazırkı vəziyyətlə əlaqəli dayandırmışıq.
-Verlişlərdən dəvətlər gəlirmi?
-Bəli, hamısını çatdırmaq olmur, bəzilərini dəyərləndirirəm. Məlumdur ki, efirlərimizin çoxu ödənişlidir. Onlardan da dəvət almırıq, müraciət etməli oluruq.
-Bilirsiz ki, vaxt keçdikcə incəsənət aləminə yeni-yeni simalar gəlir, onların ifası, sənət bacarıqları sizi qane edirmi?
-Demək olar, “hə”.. Əsas öz janrıma üstünlük verdiyim üçün onunla maraqlanıram. Digərlərinə qulaq asmaq üçün vaxtım, imkanım olmur. Bizim sahədə də gözəl səsli ifaçılar var. Sözün əsl mənasında yaxşı xanəndələr yetişir. Yaşları az olsa da sənətə qədəm qoyublar.
-Amma sənəti olmadan iddialı çıxışlar edənlər də var, onlara reaksiyanız necə olur?
-Hər halda bacarıqları var. Özləri öz həyat tərzlərini seçirlər. Münasibətim sadə və normaldır..
-Karantin günlərini necə keçirtdiniz?
-Mart ayının axırından etibarən rayondayıq. Burda daha rahatdır...
-Yay tətili ilə bağlı planlarınız varmı?
-İstirahəti məcburən daha əvvəlki aylara keçirdik. Əsas çətin günlər sona çatsın. İstəyirəm işlərimiz olsun, ən əsas bu vəziyyətin xalqımız, millətimiz üçün bitməsini arzualayıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm