Elmira Rəhimova xəstəxanaya yerləşdirildi - FOTOLAR
12:22 07.02.2020
Mədəniyyət
2492
“Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Son vaxtlar səhhətindəki problemləri bilirdim. Amma o, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa “Top kimiyəm” deyirdi”.
Oxu.Az xəbər verir ki, bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov Xalq artisti Elmira Rəhimova barədə şəxsi “Facebook” hesabında yazıb.
Teleaparıcı sənətkarı görmək üçün xəstəxanaya gedib. E.Rəhimova ilə bağlı xatirələrini bölüşən Hacı Nuran onun bağ evi arzuladığını vurğulayıb:
“Elmira Rəhimova mənə anam qədər əziz insandır. Onun barəsində nə qədər yazsam, yenə də azdır. Azərbaycan incəsənətində onun xüsusi yeri var. Heç kim Elmira xanım kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.
Belə böyük sənətkarı xəstə görmək mənə pis təsir etdi. Amma o, həmişəki kimi optimistdir. Elmira xanım arzusunu da dilə gətirdi - bağ evim olsun, gedim orada istirahət edim, doyunca nəfəs alım”.
Hacı Nuran sənətçi ilə bağlı diləklərini də söylədi:
“Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm”.
Qeyd edək ki, ötən həftə ad gününü “Xəzər” TV-nin “5-də 5” axşam şousunda qeyd edən Hacı Nuranı təbrik etmək üçün Elmira Rəhimova studiyaya gəlib. Sənətçi sonuncu dəfə məhz sözügedən proqramda iştirak edib. Onun uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya