HAQLI İRAD! - "Ziyalılar bəyənmədikləri müğənniləri başda otuzdurublar”
Yusif Sultanoğlu
08:23 10.07.2020
Mədəniyyət
1525
“Müğənni toydan yox, sənətdən gəlməlidir”
“Özümüzdə də günah var. Təbliğatı düzgün aparmamışıq. Ona görə də toy və səhnə müğənnisi olaraq bölünmüşük”
Yaxın günlərdə tanınmış ifaçı Şəbnəm Tovuzlu verlişlərin birində bəzi sənətçilərin müğənniləri kateqoriyalara böldüyünü söyləyib. Onun sözlərinə görə sənət dünyası toy və konsert müğənniləri olmaqla iki hissəyə ayrılıb. Məlum durumdan gileylənən müğənni sözün əsl mənasında üsyan edib. Görəsən doğrudan da belədirmi? Bəs bu ayrıseçkiliyin səbəbi nədir?
Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran tanınmış xanəndə, əməkdar artist Almaz Orucova qeyd edib ki, bir neçə dəfə həmin situasyanın şahidi olub:
“Deyirlər ki, guya toylarda iştirak edənlər cəngavər müğənnilərdir. Bəlkə də bunları özümüz formlaşdırmışıq, bölmüşük, zövqləri korlayıb, dəyişmişik. Ona görə də deyə bilmərik ki, niyə ayrıseçkilik yaranıb. Onu da deyim ki, müğənni toydan yox, sənətdən gəlməlidir. Neçə-neçə sənətkarlarımız olub, onlar toydan gəlməyib ki...?! Bizə nə qədər əsərlər qoyub gediblər. Musiqinin beşiyi həmin klassika və retro mahnılarıdır. Amma bu gün onlara nə qədər qulaq asırıq? Kim reytinq qazanır, kimlər dinlənilir? “Bərkgedən” müğənnilər..!”
“Mövcud durumun yaranmasında günahkar kimdir?” sualına gəlincə, sevilən sənətkar bunları söyləyib:
“Bilmirəm günah bizdədi, yoxsa zəmanədə?! Yəqin ki, bizdə də var. Məsələn, keyfiyyətdən daha çox kəmiyyətə önəm vermişik, hər şeyin ucuzuna getmişik. Bəzən ziyalı insanlarımız tənqid etdikləri, bəyənmədikləri müğənniləri toylarına dəvət edib, başda otuzdurublar. Özümüz təbliğatı düzgün aparmamışıq. Ona görə də toy və səhnə müğənnisi olaraq bölünmüşük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya