Hər işdə bir xeyir var
Yusif Sultanoğlu
08:22 14.10.2020
Mədəniyyət
871
Mələkxanım Əyyubova: "Yaşa Azərbaycan"ı oxudum, uğurlu oldu
Tarix boyu xislətlərini daim büruzə verən erməni terrorçuları Azərbayjanın cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərini raket atəşinə tuturlar. Düşmənin beynəlxalq hüquqları heçə sayan terror əməlləri nəticəsində mülki vətəndaşlarımız həlak olur.
Anjaq düşmənin heç bir təxribatı otuz ildir yurd həsrəti çəkən məğrur xalqımızı yolundan döndərə bilməz.
“Sherg.az”a danışan tanınmış muğam ifaçısı, Xalq artisti Mələkxanım Əyyubova da qələbə gözləyir. Sənətkar Qarabağda keçirdiyi günləri xatırlayaraq 90-cı illərdə Xojalıda, Şuşada konsertlər verdiyini söyləyib:
“Ona görə o illər, Qarabağ yadımdan çıxmır. Sevindirici haldır ki, yavaş-yavaş torpaqlarımız işğaldan azad olunur. Göydə Allaha, yerdə dövlət başçımıza güvənirik. İndi millətimiz, xalqımız birdir. Elə cavanlarımız var, o torpaqları görməyib, yaşı azdır. Amma necə vətənpərvərdir, torpaq uğrunda döyüşə hazırdır. Bu, bizim millətimizin qanında var.
Xalqımız körpəsindən qocasına qədər vətəninə bağlıdır. Bu gün hamımız vuruşmaq üçün hazırıq. Məndən soruşurlar, hadisələr haqqında fikrimi öyrənirlər. Deyirəm ürəyim rahatdır. Çünki Ali Baş Komandanımız, müzəffər ordumuz və bizə dəstək olan in
sanlar var. Ona görə qələbə bizimlə olajaq. İnşallah, torpaqlarımız azad olunsun.
Artıq geriyə yol yoxdur. Anjaq irəli gedəjəyik. Hər şey yaxşı olajaq. Biz güclü xalqıq. Mən bir az kövrək adamam. Ona görə qəhərlənirəm. Bir də bu yaxınlarda “Yaşa Azərbayjan” mahnısını ifa etdim. Çox mürajiət olunmuş əsərdir. Amma birdən ağlıma gəldi ki, mən də oxuyum. Dərhal işlərə başladım, ifa etdim, mahnını yazdırdım. İndi bütün radiolarda səslənir. İndi deyirəm ki, Allahım, hər işdə bir xeyir var. O mahnım nə qədər uğurlu oldu. Bir sözlə, tam qələbə qazanajağımız günü gözləyirik. İnşallah, yaxındır!”
Xalq artisti həmçinin ermənilərin Gəncədə törətdiyi terror hadisəsindən də söz açıb:
“Ermənistanın terrorçu dövlət olduğu bu gün açıq-aşkar ortadadır. Mülki vətəndaşlarımıza atəş açmaq vijdansızlıqdır.
Onlara nə pis söz desək, azdır. Gəncə hadisələrində uşaqları qan və yara içərisində gördüm, çox üzüldüm. Mülki insanların nə günahı var? Ermənilər hər zaman vəhşiliklər törədib. Amma millətimizin ürəyi gözəldir.
Ordumuz heç sıravi vətəndaşlara toxunmur. Biz anjaq döyüş meydanında öz torpaqlarımız uğrunda savaşırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm