İlkin Əhmədovu duyğulandıran FOTO - “Nimdaş geyim, pulsuz – parasız günlər...”
Yusif Sultanoğlu
09:07 16.09.2020
Mədəniyyət
1835
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədovun arxiv fotosu yayılıb. O 18 yaşında çəkdirdiyi şəkili İnstaqram səhifəsində paylaşıb.
“Sherg.az” xəbər verir ki, fotodan təsirləndiyini söyləyən sənətçi bunları yazıb:
“Bu foto məni xeyli duyğulandırdı. Göz yaşımı saxlaya bilmədim. Düşünməyin ki, o nimdaş geyimə, parasız-pulsuz günləri yada saldığıma görə pis oldum! Əsla! 2002-ci ildir. Ən istəkli,əziz dostlarım Tural Salmanov və Çingiz İbişovla AMK-nın birinci kurs tələbələriyik.
Burada 18 yaşım var. Həyatın çox çətinliyin görmüşəm 18 yaşa qədər. Sadalamaqla bitməz.
Amma yenə də çox xoşbəxtəm. Atam sağ, anam sağlam,qardaş bacılarım qayğısız...Can atıram ki, 20 yaşım olsun. Hər gecə düşünürəm ki, nə vaxt 25, 30 yaşım olacaq görəsən.
Heç ağlıma gəlməzdi ki, külək kimi əsib keçən yaşı, bir vaxt ayılıb saxlamaq istəyərəm. Amma bacarmıram. Eh həyat, çox qəribəsən. Özün gözəl olaraq qalırsan.
Səninlə gelib keçənlər isə gah gözəl olur, gah da gül kimi solur. Nəhayət məhv olur. Nə isə gəncliyinizin qədrini bilin, gənc dostlar...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm