Könül Xasıyeva: "Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm"
11:54 15.11.2019
Mədəniyyət
609
"Son üç ay ərzində konsertə görə mənə 20 min manat ziyan dəyib. Konertimlə bağlı çox söz verilsə də, heç biri yerinə yetirilmədi". Bunu Oxu.Az-a Xalq artisti Könül Xasıyeva borca düşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Bir çox şirkətlər, müəyyən insanlar söz versələr də, dediklərini yerinə yetirmədilər. Efirlərdə anonslar verilmədiyi üçün biletlər satılmadı. Televiziya kanalları məndən külli miqdarda pul istədi. Mənim də istənilən pulu ödəməyə imkanım yox idi.
Anons verilmədikdən sonra kim, harada, hansı tədbirin olacağını nə biləcək? Ona görə də şirkətlərə və icra hakimiyyətlərinə üz tutdum. Şirkətlərin adlarını çəkə bilməyəcəm. İcra hakimiyyətlərindən isə Səbail Rayon İcra Hakimiyyəti biletləri alıb pulunu da nağd ödədi. Amma Nərimanov Rayon İcra Hakimiyyəti beş min manatlıq bilet götürsə də, hələ də pulunu verməyiblər”, - deyə Könül Xasıyeva bildirib.
Xalq artisti bir çox müğənnilərin söz vermələrinə rəğmən, konsertə gəlmədiklərini qeyd edib:
“Xanəndə Mirələm Mirələmov və müğənni Könül Kərimova ikinci dəfə söz versələr də, konsertə gəlmədilər. Adlarını ona görə açıqlayıram ki, insanlar mənim yalan danışdığımı hesab etməsin. Çünki anonslarda onlardan icazə alıb adlarını çəkirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm