Mədəniyyət yazarından TƏNQİD: “Müğənni köməkçiləri özlərini "yuxarı"dan aparır...”
Yusif Sultanoğlu
09:07 25.06.2020
Mədəniyyət
1494
Bəlkə də, dünyanın ən çətin, eyni zamanda şərəfli peşələrindən biri jurnalistikadır. Çünki jurnalist istənilən sahədən olan çoxsaylı insanlarla ünsiyyətdə olur. Hər biri ilə ayrı-ayrı dil tapmağa çalışır. Bu şərəfli peşənin nümayəndələri zaman-zaman kobud şəxslərin qeyri-etik ifadələrinə məruz qalır. Xüsusilə də mədəniyyət yazarları belə hallarla tez-tez rastlaşır. Maraqlıdır ki, həmin problemlər sənətçilərdən çox onların köməkçiləri, prodüserləri və menecerləri ilə yaşanır.
Bəs jurnalistə qarşı bu sayğısızlıq nədən qaynaqlanır?
Sualımıza cavab tapmaq məqsədilə tanınmış jurnalist Pərviz Hüseynlə əlaqə saxladıq. Həmkarımız “Sherg.az”a söylədi ki, istər prodüserlər, istər menecerlər, istərsə də köməkçilər birbaşa müğənnini təmsil edir:
“Onların etdiyi kiçik səhv sənətçinin imicinə böyük zərbə vurar. Onların heç kimlə kobud danışmağa haqqları yoxdur. Nəticədə bu kiminsə əməyini küçümsəmək mənasına gəlmir. Sadəcə olaraq, münasibətləri korlamaq düzgün deyil. İnsanın səhvi ola bilər, bu nöqsanı ona başa salmaq lazımdır. Jurnalistin müraciət formasında problem varsa, insanlar qarşılıqlı olaraq anlaşa bilərlər. Kiminsə kiməsə kobudluq etməyə hüququ yoxdur. Ola bilər ki, müğənnilərin köməkçiləri özlərini yuxarıdan aparsınlar, amma bu, düzgün deyil. Dediyim kimi bu, əsas müğənninin özünə zərərdir“.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm