Məşhur azərbaycanlı qadın Rusiya filminin qəhrəmanı olub
20:29 04.06.2020
Mədəniyyət
1532
Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı aktrisalarından olan Olqa Lerman Rusiyanın "Kalaşnikov" filminin qəhrəmanı olub. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, filmin rejissoru Konstantin Buslovdur. Lerman filmdə Mixail Kalaşnikovun ikinci həyat yoldaşı Yekaterina Moiseyevanı canlandırır.
"Mixail Kalaşnikovun həyatı haqqında kitab və internetdən çox şey oxumuşam, müxtəlif video və məqalələri nəzərdən keçirmişəm. Öz qəhrəmanım haqqında bütün məlumatları tapmağa cəhd etmişəm. Bu, kifayət qədər effektiv yanaşmadır, çünki insana kənardan baxış, məsələn, şəxsi memuarları, onun daha obyektiv portretini təsəvvür etməyə imkan verir. Həm də hazırlıq zamanı onun peşəsindən xəbərdar olmaq üçün bəzi hiylələri öyrəndim. Düşünürəm ki, bunlar onun xarakterində öz izini qoyub", - deyə Lerman qeyd edib.
Film 28 ilə əfsanəvi AK-47 silahını yaradan Mixail Kalaşnikovun həyatından bəhs edir.
Olqa Lerman Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışan şöbə müdiri Viktoriya Lerman və Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun ailəsində dünyaya göz açıb. Aktyor peşəsində ilk addımlarını Azərbaycan Dövlət Rus Dram Teatrının və Heydər Əliyev Sarayının səhnəsində atıb. On altı yaşında Bakı Xoreoqrafiya məktəbindən Krasnodar Xoreoqrafiya məktəbinə köçürülüb. O vaxtdan Lerman Rusiyada yaşayır.
Boris Şukin adına Teatr Məktəbini bitirib. Moskva Akademik Satira Teatrında çalışıb, indi isə Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region