Milli mətbəx nümunələrimiz beynəlxalq festivalda
22:20 03.12.2022
Mədəniyyət
698
Koronavirus pandemiyası səbəbindən yaranmış ikiillik fasilədən sonra Vyanada yenidən “Beynəlxalq Bazar” festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyası tərəfindən təşkil olunan bu xeyriyyə tədbiri müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək istəyənlər üçün əla fürsət sayılır.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ənənəyə sadiq qalaraq ölkəmizi bu tədbirdə təmsil edib, milli mətbəximizin ləziz xörək və şirniyyatları, eləcə də milli suvenirlər minlərlə iştirakçıya təqdim edilib.
Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Minlərlə Vyana sakini hər il Milad bayramı ərəfəsində təşkil olunan bu bazara məmnuniyyətlə baş çəkir. Pandemiyaya görə yaranmış fasilədən sonra bu il tədbirə maraq xüsusilə yüksək olub.
Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il təşkil olunan “Beynəlxalq Bazar” festivalından əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm