Mətanətimizi itirmədən, səbr və təmkinlə yaşam savaşımızı sürdürməliyik.
Mühüm ÇAĞIRIŞ ! - “İnsanlar bir-birinə nəzarət etməlidirlər”- İctimai qınaq !
Yusif Sultanoğlu
10:11 22.06.2020
Mədəniyyət
1706
"Millət olaraq mental xüsusiyyətlərimiz var, deyirik ki, “nə olacaq?”
“Ona görə bunlar başımıza gəlir. Çox zamanımız yoxdur, mütləq qaydalara riayət etməliyik”
Ömrümüzün bahar çağını evə həbs edən koronavirus infeksiyası torlarını planetimizin ətrafında hörməyə davam edir. Bu dəhşətli pandemiyaya qarşı ən sərt şəkildə mübarizə aparılır. Qocaman yer kürəsinin sakinləri olaraq bu çətin günlərin tezliklə sona çatmasını gözləyirik. Əlbəttə, izolyasiya qaydalarına əməl edib, özümüzü qoruyaraq bunun öhdəsindən gələ bilərik.
Mətanətimizi itirmədən, səbr və təmkinlə yaşam savaşımızı sürdürməliyik.
Görəsən sənət dünyasında son vəziyyət necədir, onlar necə mübarizə aparır?
Suallarımıza cavab tapmaq məqsədilə sevilən ifaçı, əməkdar artist Gülüstan Əliyeva ilə əlaqə saxladıq. Bizimlə həmsöhbət olan sənətçi “Sherg.az”a evdə qalaraq qaydalara əməl etdiyini söylədi:
“Ailəlikcə çalışırıq ki, çox yerlərə getməyək, ictimai məkanlarda olmayaq. İşimlə əlaqədar efirlərdə, verlişlərdə iştirak edirəm. Buna baxmayaraq, ailə üzvlərimlə birlikdə vaxtımızı evdə keçiririk. Ya icazə ilə bağa gəlirik, ya da evdə qalırıq. Kənar adamlarla ünsiyyəti tamamilə kəsmişik. “
Gülüstan xanım qanunlara əməl etməyərək, virusun olmadığını iddia edənlərə də münasibət bildirib:
“İctimai qınaq gücləndirilməlidir, insanlar bir-birinə nəzarət etməlidirlər. Düşünürəm ki, insanların kifayət qədər maariflənməməsindən irəli gəlir. Millət olaraq mental xüsusiyyətlərimiz var, deyirik ki,”nə olacaq?”. Ona görə bunlar başımıza gəlir. Çox zamanımız yoxdur, təcili olaraq qaydalara riayət etməliyik. Yoxsa, infeksiyanın yayılma arealı sürətlə genişlənəcək. Ölkə olaraq başqa dövlətlərə nisbətən qorunma, sağlamlıq cəhətdən yaxşı vəziyyətdəyik. Çünki təbii qidalanmışıq, mühitimiz, coğrafiyamız elədir ki, daha yumşaq keçirdirik. Hamımız qaydalara əməl etməliyik ki, tezliklə öhdəsindən gələk, itkilərimiz daha az olsun.”
Əməkdar artirst onu da diqqətə çatdırıb ki, evdə qaldığı müddət onun üçün sıxıcı olmur:
“Çox adam evdə qalmaqdan şikayət edir. Heç bezdirici olmadı, əsəb stress keçirmədim. Təbii ki, işimiz, dostlarımız, konsertlərimiz üçün darıxırıq. Yaradıcı adamıq, heç evdə oturmamışıq, həmişə hərəkətdə olmuşuq. Evdə qaldığımız dövrü səmərəli keçirmək imkanlarımız kifayət qədərdir. Kitab oxumaq, qəzəl əzbərləmək, yenidən evə, “qarderob”a əl gəzdirmək, mətbəxdə yemək bişirmək olar. İstəsəz görüləsi iş çoxdur. Nəyə görə evdə oturmuşuq deyə bir problemim olmadı.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region