Nadir göz yaşı axıtdı!- Nazirlikdən kömək istədi: “...İçim yanır”
Yusif Sultanoğlu
12:22 14.09.2020
Mədəniyyət
1615
Tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti pisləşib. Ailəsinin mətbuata verdiyi açıqlamaya görə sənətkara xərçəng diaqonozu qoyulub, başında şiş aşkarlanıb. Bu səbəbdən də təcili əməliyyat olunmalıdır. Həmçinin Gülbahar xanımın evdə yatdığı, nitqinin normal olduğu da bildirilib. Bundan əlavə qarmon ifaçısının maddi sıxıntılarından da bəhs edilib.
Əməkdar artistin xəstəlik xəbəri sənət dünyasını dərindən sarsıdıb.
Müğənni Nadir Qafarzadə də sənət dostunun sağlamlıq problemlərindən danışaraq, kdəərini, üzüntüsünü dilə gətirib.
“Sherg.az” xəbər verir ki, o İnstaqram səhifəsində paylaşdığı videoda bunları söyləyib:
“Bildiyiniz kimi, ölkənin əməkdar artisti, gözəl sənətkarımız Gülbahar xanım çətin durumdadır. Günü-gündən səhhəti ağırlaşır. Düşünürəm ki, o xanıma kömək lazımdır. Burdan Mədəniyyət nazirliyinə səslənirəm. Heç olmasa zəng eləsinlər, maraqlansınlar, motivasiya etsinlər.Əlbəttə, maddi yardım da lazımdır. Çünki biz sənət adamları çoxdandır pul qazanmırıq, iş yoxdur. Gülbahar xanım da hamı kimi bu müddətdə nəyi var idisə yedi, içdi qurtardı. Ona görə köməyə ehtiyacı var. O hər zaman sənəti ilə gündəmdə olub. Dövlət səviyyəsində bu xanıma kömək olsunlar. Mənim fikrimdir, olmaya da bilərlər.”
Müğənni deyib ki, pandemiya dövründə bir çox insan, xüsusilə də sənət adamları ruhdan düşüblər:
“Çərçivədə olmaq istəmədilər. Daha doğrusu bacarmadılar. Çünki hər zaman səhnədə olan, yaradıcı insanlar bu durumu çətin keçirir. Bunların hamısı üst-üstə gəldi. Gülbahar xanımı belə yataq xəstəsinə çevirdi.
Düşünürəm ki, müalicəsi var. Sadəcə kimsə öz üzərinə götürməlidir. Şəxsən mən onun hər zaman yanındayam. Amma təkcə nə edə bilərəm?! Məndən asılı olmayan məsələlər var.
Allah köməyi olsun. Hər halda sözümü dedim, eşidən eşitdi. Heç vaxt özüm üçün heç nə istəməmişəm. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm.
Qoymayın daha bir sənət adamını itirək. Onsuz da itirə-itirə gedirik. Elə bir yaşı da yoxdur, yaşamaq istəyir. Deyəcəklər Nadir kövrəldi, ağladı. İçim yanır, çox çətindir.
Məni düzgün başa düşün. Yenə yazmayın ki, altdan artistlik elədi və sair. Allah bütün xəstələrə şəfa versin. Hər zaman sülh əmin-amanlıq olsun. İtki pis şeydir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm