Nazilədən ittihamlara sərt cavab: “Kimdirsə mütləq qanı xarabdır...!”
Yusif Sultanoğlu
10:32 20.07.2020
Mədəniyyət
1921
“Bu günə qədər mənə ilişən kim xeyir tapıb ki, o da tapsın?!”
Son günlər tanınmış şairə, aparıcı Nazilə Səfərli sərt tənqidlərə məruz qalıb. Buna şəhid general Polad Həşimovun anası ilə şəkil çəkdirib paylaşması, şəhidin ailəsinə kondisioner aldığını ictimailəşdilməsi səbəb olub. Bu mənada sosial şəbəkə istifadəçiləri, media nümayəndələri və ictimai xadimlər aparıcını indiki kövrək məqamda şou yaratmaqda və özünü reklam etməkdə qınayıb.
İttihamlara cavab verən N.Səfərli “Sherg.az”a bildirib ki, xaricdə istirahət edənlər baş qatmaq üçün belə variantlara əl atırlar:
“Özləri mesajlar göndərib, paylaşdırırlar. Narahat deyiləm, niyyətim təmizdir, Allah da ürəyimə görə versin. Üzülürəm, bilirsiz niyə? Camaat nə hayda, bunlar nə hayda... Sanki insanların dərdini yaddan çıxartmaq üçün kimisə ortaya atmaq istəyirlər. Kimdirsə mütləq qanı xarabdır, qanı təmiz olan insan belə şeydən PR etməz.Bir də deyirlər ki, niyə orda şəkil çəkdirmisən? Çünki o evi yas yeri kimi tanımıram. Ora ziyarətgahdır, pirdir. Generalın anası da dedi ki, mənim qapım sizə, hamıya açıqdır. Şəhidin ocağına getməyin saatı yoxdur. Kiminsə əqidəsi doğru deyilsə, mən nə edə bilərəm? Məni heç kim yolumdan döndərə bilməz.
Nazilə xanım “sən kimə yardım etmisən?” sualına da cavab verib:
“Şəkil çəkməsək, necə göstərək hara getdiyimizi? Məgər getdiyimiz ayıb yerdir ki, göstərməyək? Qürur, and yerimizdir. O ananı görən kimi uşaqlarımı orduda iştirak etmək üçün könüllü yazdırdım. İnsan örnək götürür, hamısı ilə fəxr edirəm. Düzdür, deyirlər general anasının yanına niyə getmisən? Tarixdə qalan, şəhid olan generallardan biridir Polad Həşimov. Bu adam ölməzliyə qovuşdu, dünyaya adını yazdırdı. Onun anası ilə niyə görüşməyim? Təki igidlərimizin hamısı Poladdan örnək götürsün. Allah mənim balalarıma da qismət eləsin. Təhsilləri bitən kimi xidmətə yollansınlar. Təbii ki, müharibə olsa, təhsilin bitməyini gözləmədən gedəcəklər. Mənim qanımda xarablıq yoxdur, təmiz türkəm. O təxribat məqsədli yazanların hamısı saxtadır. Bir insan yazdırır, bilirəm kimdir.
Hazırda ölkədə yoxdur, istirahətindən qalmır. Allah özünə görə cəzasını, “mükafat”ını verər. Bu günə qədər mənə ilişən kim xeyir tapıb ki, o da tapsın?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə