“Nə döyüş havasıdır!” – Yaralı əsgərin bu sözləri rəssamı qürurlandırıb !
Yusif Sultanoğlu
14:54 14.10.2020
Mədəniyyət
1370
“Demək istəyirəm ki, əsgərimiz də yaralandığı üçün üzülmür. Əksinə o halda belə döyüşməyi arzulayır”
Azərbaycan Rəssamlar İttifaqının üzvü, görkəmli rəssam, şair Nəvai Mətin yaxın günlərdə cəbhə bölgəsinə yollanıb. “Sherg.az”la həmsöhbət olarkən əsgərlərin döyüş ab-havasından danışan ünlü rəssam hazırkı vəziyyəti də dəyərləndirib. O düşməni öz xislətindən əl çəkmədiyini, xalqımızın 30 ildir dözərək, səbr etdiyini söyləyib:
“Təbii ki, indi hamımız sevinirik. Mən torpaqlarımızın azad olunması ilə bərabər millətimizin birliyinə görə də fərəhlənirəm. Çünki illərdir bir ola bilmirik deyə şikayətlənirdik. Amma müharibə dövründə gördük ki, biz bütov olmağı bacarırıq. İnanıram ki, bu həmrəyliyimiz daim əzəmətli və güclü şəkildə davam edəcək. Dediyim kimi sənətindən və peşəsindən asılı olmayaraq hər kəs bir olmalıdır. Məqsədi həmrəylik olmalıdır. Xüsusilə də sənət adamları ordumuza , əsgərlərimizə, cəmiyyətə öz yaradıcılqıları ilə dəstək verə bilərlər. Məsələn rəssamlar, bəstəkarlar, yazarlar savaşla bağlı işlər görərlər. Təbii ki, indi savaş anında nəyinsə yazılması mümkün deyil. Hesab edirəm ki, müharibə bitəndən sonra sənət adamları bu mövzuya müraciət edəcəklər. Bizim yetərincə qəhrəmanlarımız var, dəyərləndirilməli olan əsgərlərimiz var. Ümid edirəm ki, onlar haqqında əsərlər yazılacaq.”
Nəvai bəy, həmçinin hərbiçilərimizin yüksək əhval-ruhiyyədə olduğunu bildirərək cəbhə xəttində gördüklərindən də danışıb:
“Orada yaralı əsgərlərlə görüşürdüm. Bu zaman qürurverici bir anın şahidi oldum. Bir əsgər var idi, ayağından yaralanmışdı. Onunla xəstəxanada rastlaşdıq. Yavaş-yavaş həyətə çıxırdı. Birdən yanında kimsə dedi ki, nə gözəl havadır. Həmin yaralı əsgər də başını göyə qaldırıb dərhal cavab verdi: “Nə döyüş havasıdır”.
Demək istəyirəm ki, əsgərimiz də yaralandığı üçün üzülmür. Əksinə o halda belə döyüşməyi arzulayır. Bununla yanaşı bir neçə hərbi hissədə oldum. Orda hərbçilərimizlə bağlı müşahidələr apardım. İnanın, bütün hərbçilərimizdə yüksək döyüş əzmi var. Hətta humanitar atəşkəs xəbərini eşidəndə qanları qaraldı. Atəşkəs istəmirdilər. Döyüşmək, vuruşmaq istəklərini dilə gətirirdilər.
Onu da qeyd edim ki, Ali baş komandanımız cənab İlham Əliyev yetərincə qətiyyət göstərdi. O qəti şəkildə bildirdi ki, sözümüz sözdür, bu məsələni həll etməliyik. Ona görə inanıram ki, müzəffər ordumuz qələbə qazanacaq. Zəfər bizimlədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm