"Qələbə" gəldi... - Murad Arif bütün duyğularını dilə gətirdi
Yusif Sultanoğlu
09:32 09.10.2020
Mədəniyyət
1485
“Deyirlər ki, internetin zəif vaxtında mahnı yazmazlar. Amma, bu nəğmə üçün daha münasib zaman ola bilməzdi. Heç vaxt vətənpərvərlik mövzusunda yazmamışam. "İçimdən gəlmədi"deyə deyil. Pafoslu, saxta olmasından çəkindiyim üçün həmin mövzulara toxunmamışam.”
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış bəstəkar, müğənni Murad Arif rəsmi Feysbuk səhifəsində söyləyib. O vətənpərvərlik mövzusunda olan, “Qələbə”adlı yeni mahnısını paylaşaraq bunları yazıb:
“Kamança və rok qarışığı olan bu musiqi hələ 2016-ci il Aprel hadisələrindən təsirlənərək bəstələnib. Amma, düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət indi içimdəki hisslər, musiqiylə uyğunlaşdı... İstəyirəm ki, bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı xalqımız, hərbçilərimiz duysun. Mən musiqinin, diləyin gücünə inanıram. İndi hər birimizin yeganə arzusu var. İstəyirəm ki, “Qələbə”hər dəfə radioda səslənəndə hamı eyni zamanda qələbə arzulasın və diləkləri gerçək olsun! Bu yolda bir vətəndaş kimi hər şeyə hazıram.”
Son olaraq sənətçi mahnıdan sitat gətirib:
"Bu xalq hazırdır yumruqtək bir olmağa!
Bütün yollar aparır bizi Qarabağa!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm