Rasim Balayev fəxri adların verilməsindən DANIŞDI:"...Bazar açmışdılar"
Yusif Sultanoğlu
07:39 21.09.2020
Mədəniyyət
1497
"Əvvəlcə müzakirə olunmalıdır, layiqli adama ad verilməlidir"
Milli Məclisin mədəniyyət komitəsinin iclasında, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov fəxri adların verilməsində bəzi şəxslərin sui-istifadə hallarının olduğunu söyləyib. O bildirib ki, bu sahədə yeniliklər olacaq: “Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir.
Çünki belə olan halda sui-istifadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.
Anar Kərimovun fikirlərini “Sherg.az”a dəyərləndirən Xalq artisti Rasim Balayev adların verilməsində əvvəldən çox haqsızlıqların olduğunu söyləyib:
“Orda bazar açmışdılar. Fəxri adlara qiymət qoyulmuşdu. Çox utandırıcı bir hala gəlmişdi. İndi məndən olsa bu adları götürərlər. Kim xalqın sevimlisidir olsun xalq artisti, kim deyilsə olmasın.
Amma camaat ad alıb. Ona görə bir qurum yaratsınlar. Səsverməylə olsun, kiminsə tanışlığı ilə yox. Bir adama ki, ad vermək istəyirlər, onu müzakirə eləsinlər, layiqdi, ya deyil. Tam hamının fikri öyrənilsin.
Sonra ad verilsin. Düz deyib ki, çox haqsızlıqlar olub. Daha olmasın, obyektiv verilsin. Bəzən çox olub layiqli adam qıraqda qalıb, layiqsizə veriblər. Ad alan adamlar sənəti dərindən bilən olsunlar.
Səsvermə yolu ilə təqdim etsinlər. Yenə xoşagəlməz hadisələr olmasın. Elə adamlara verdilər ki, xalq bu adları hörmətsiz qəbul elədi. Sağ olsunlar ki, belə bir təklif irəli sürdülər. Alqışlayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm