Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirildi
18:45 27.01.2020
Mədəniyyət
1684
Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib. Bu barədə sənətkarı özü Xəzər TV-də yayımlanan “5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib. Proqramda ad gününü qeyd edən məşhur teleaparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığı və təcili şəkildə xəstəxanaya yerləşdiyini dilə gətirib.
H.Nuran isə sənətkarın hazırkı vəziyyətini bu cür şərh edib:
“Bizim çox sevdiyimiz və hörmət etdiyimiz Rəfael müəllimin səhhətində yenidən problemlər yarandığı üçün onu təcili şəkildə xəstəxanaya apardıq. Hazırda peşəkar həkimlərin nəzarəti altında müalicə alır. Bu, Xalq artisti üçün çətin mərhələdir. Allahdan Rəfael müəllimə şəfa arzu edirəm. O, çox böyük sənətkardır”.
Daha sonra ifası ilə proqrama qatılan Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova Hacı Nuranı təbrik edərək, atasının səhhətindən söz açıb:
“Atam çox istəyirdi gəlib, Hacı Nuranı təbrik etsin. Amma səhhəti buna imkan vermədi. Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.
Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rəfael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya