Rekord vurmuşuq: Əbülfəs Qarayev mediaya təşəkkür edib
12:23 27.12.2019
Mədəniyyət
615
Mədəniyyət Nazirliyi kinematoqrafiya sahəsi üzrə də layihələr həyata keçirir. Bizə təqdim olunan 250 ssenaridən 20 əsər götürüldü və film çəkiləcək”. Qafqazinfo.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirilən kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, bununla əlaqədar dövlət büdcəsindən vəsait ayrılacaq:
“Eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq”.
Ə. Qarayev muzeylərin fəaliyyətindən danışaraq rekorda imza atıldığını qeyd edib:
“Bu il 122 min nəfər bilet alaraq Xalça muzeyinə gəlib. Rekord vurmuşuq. Olduqca böyük nəticədir. Bütün muzeylər bu cür çalışmalıdır. Artıq 3 muzeydə audiobələdçilər tətbiq edilir. Başqa muzeylərdə də tətbiq olunacaq. Muzeylərin fəaliyyətini ciddi nəzarətə keçirmişik və cəlbedici layihələr həyata keçirməlidirlər. Muzeydə saxlanılan əşyalar dünya miqyasında tanınmalıdır”.
Nazir söyləyib ki, mədəniyyət mövzusu media sahəsində özünə münasib dəyərli bir yer tutur:
“Elə bir mətbuat orqanı yoxdur ki, orada mədəniyyət mövzuları çox geniş müzakirə olunmasın. Buna görə də mətbuat orqanlarına təşəkkür edirəm. Bu il çox işgüzar və geniş sahəni əhatə edən tədbirlərlə zəngin oldu.
Həmçinin, Azərbaycanda silsilə beynəlxalq tədbirlərin keçirilməsi bu ilin real olaraq uğurlu olduğuna sübutdur. Şəkinin dünya incilər siyahısına daxil olması bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Beynəlxalq tədbirlər, dünya forumlarının keçirilməsi bir daha Azərbaycanın Bakı prosesinə sadiq qalmasının və dünya miqyasında Birləşmiş Millətlər Təşkilatı tərəfindən Bakının Dünya Mədəniyyətlər arası Forumunun qlobal platformanın ən mühüm tədbiri kimi qiymətləndirilir. Hesab edirəm ki, bu da böyük hadisədir”.
Bundan əlavə, nazir kollegiya iclasında təsviri incəsənət sahəsindən danışarkən qurumun əsas şüarını açıqlayıb:
“Bizim məqsədimiz, şüarımız odur ki, bütün rəssamlarımızın əsərləri evlərin divarlarından asılmalıdır. Hər ailə imkan daxilində tablo almalıdır. Bu, mütləq olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region